"TRT ənənəsinə sadiq qalaraq, Xocalı soyqırımı haqqında həqiqətləri 25 və 26 fevral tarixlərində canlı yayımlarla "TRT 1”, "TRT Haber”, və "TRT Avaz” kanalları vasitəsilə dünyaya çatdıracaq”.
Bu barədə APA-ya TRT-nin Bakı təmsilçiliyindən məlumat verilib. Bildirilib ki, "TRT Avaz” kanalının çəkiliş qrupu 24-26 fevral tarixlərində Bakıda olacaq. Onlar Azərbaycan Dövlət Televiziyasının texniki dəstəyi ilə Qız Qalası və Xocalı abidəsi önündən canlı yayım həyata keçirəcək.