Suraxanı İcra Hakimiyyətində hazırda ötən ilin sosial-iqtisadi nəticələrinə və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin yekunlarına həsr olunmuş iclas davam edir.
Öncə Suraxanı İH başçısı İlqar Abbasovun hesabat məruzəsi dinlənib və məruzə ətrafında müzakirələr başlayıb. Başçının məruzəsində, uğurlarla yanaşı, nöqsanlar və icra olunmamış işlər barədə konkret ünvanlar göstərilməklə açıq təhlil verilib. İclas davam edir.
Rayonun 6 qəsəbəsinin Hövsan, Bülbülə, Yeni Suraxanı, Qaraçuxur, Əmircan icra nümayəndəliklərində qoyulmuş skype vasitəsilə yerli sakinlər və ağsaqqllar da canlı şəkildə konfransa qatılaraq fikirlərini, rəy və təkliflərini bildiriblər.
Baki-xeber.com