Prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə gedib.
Baki-xeber.com-un Prezidentin rəsmi İnternet səhifəsinə istinadən xəbərinə görə, Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın "Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Hava Limanında Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıb.
Sonra Azərbaycan Prezidenti süvari dəstəsinin müşayiətilə "Sədabad” sarayına gəlib. Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı "Sədabad” sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Burada İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Ardınca Azərbaycanın və İranın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsi rəisinin Azərbaycan Prezidentinə raport verməsinin ardından dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər. Daha sonra prezidentlər birgə foto çəkdiriblər.
Qarşılanma mərasiminin davamında İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olunub.