Rusiya aviasiyası Hələbin şimalındakı Şeyx İsa kəndi yaxınlığında PYD və Ceyş əs-Süvar terroçu qruplaşmalarının mövqelərini bombalayıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Rusiya HKQ-nin təyyarələrinin yanlışlıqla öz müttəfiqləri olan PYD və Ceyş əs-Süvarı bombalaması nəticəsində xeyli sayda insan həlak olub.
Xəbərdə bildirilir ki, Dəməşq Ordusunun döyüşçüləri PYD və Ceyş əs-Süvar nümayəndələri arasında ratsiya danışığının şahidi olub. Qruplaşmaların üzvləri sıralarında xeyli sayda ölən və yaralananların olduğunu bildiriblər. Eyni zamanda bombardmanda kasetli bombalardan istifadə olunduğu bildirilib. Bununla yanaşı Rusiya təyyarələri Aazezdən Hələbə humanitar yük daşıyan iki avtomobili də məhv edib. Bu barədə yerli fəal Mustafa Məhəmməd xəbər verib.