Bəşər Əsəd Suriyada 13 aprel tarixində parlament seçkiləri keçirmək yönündə çağırış edib.
Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, bu barədə SANA agentliyi xəbər yayıb. Xəbərdə bildirilir ki, Əsəd 2016-cı ilin parlament seçkilərinin 13 apreldə keçirilməsi barədə 63 nömrəli əmr imzalayıb.
Qeyd edək ki, Suriyada parlament seçkiləri 4 ildən bir keçirilir. Sonuncu dəfə bu ölkədə seçkilər 2012-ci ildə baş tutub.