Əfqanıstan paytaxtı Kabilin yaxınlığındakı Pərvan əyalətində klinikada intiharçı-bombaçının özünü partlatması nəticəsində 14 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, əyalət qubernatorluğunun nümayəndəsi deyib ki, partlayış nəticəsində 6 polis, 8 dinc sakin həlak olub. Əyalətin polis bölməsindən isə terakt qurbanlarının 13 nəfər olduğu, onlardan 9-nun mülki şəxs, 4-nün polis olduğu bildirilib. Yaralananların isə 19 nəfər olduğu, onlardan 17 nəfərinin mülki vətəndaş olduğu xəbər verilib.
Partlayış üçün məsuliyyəti "Taliban” qrupu öz üzərinə götürüb.