Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan Prezidenti İran səfərində, çox güman ki, bu müsahibədəki məsələləri müzakirə edəcək

Image


Prezident İlhamƏliyev fevralın 23-dəİran İslam Respublikasına rəsmi səfər edəcək.Baki-xeber.com-un Prezidentin rəsmi İntertet səhifəsindən əldə etdiyi məlumata görə, İlham Əliyev səfər öncəsiİran İslam Respublikasının Radio vəTeleviziya Şirkətinə(İRİB) müsahibəverib. Həmin müsahibəni təqdim edirik:

- Zati-alinizin İran İslam Respublikasına səfərinin məqsədi nədir və İranla əlaqələri genişləndirmək üçün hansı proqramlarınız var?

- Mənim İrana rəsmi səfərim İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin dəvəti əsasında baş tutacaq. Qeyd etmək istərdim ki, biz İran prezidenti ilə bundan əvvəl artıq dörd dəfə görüşmüşük. Həm mənim 2014-cü ilin aprelində İrana, həm də cənab Həsən Ruhaninin həmin ilin noyabrında Azərbaycana rəsmi səfərləri zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün aspektləri üzrə səmimi müzakirələr aparılıb. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafına xidmət edən bir çox sənədlər imzalanıb.

İndiki səfər çərçivəsində də regionda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər, ikitərəfli siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin geniş spektri üzrə müzakirələr aparılacaq və bir sıra sənədlər imzalanacaq. Əminəm ki, bu səfər dost və qonşu İran dövləti ilə Azərbaycan arasındakı mövcud əlaqələrin inkişafı və yeni keyfiyyət pilləsinə yüksəlməsi üçün etibarlı zəmin yaradacaq.

- İranla Azərbaycan həm də iqtisadi sahədə sıx əməkdaşlıq edirlər. Lakin ölkələrimiz arasında uzun sərhədlər, çoxlu müştərəkliklər və yaxşı iqtisadi potensial olmasına baxmayaraq, ticarət dövriyyəsi bir o qədər də böyük deyil. Belə olan halda ticarət dövriyyəsinin artırılması üçün hansı proqramlarınız var?

- Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət sahəsində əlaqələr yüksələn xətt üzrə inkişaf edib. Bununla yanaşı, hazırkı ticarət dövriyyəsi bizim mövcud potensialımızdan qat-qat aşağı səviyyədədir. Əlbəttə, ticarət əlaqələrindəki bu vəziyyəti aradan qaldırmaq, ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək istiqamətində tədbirlər görüləcək.

Qlobal iqtisadiyyatda müşahidə olunan mənfi tendensiyaların təsirini azaltmaq və dinamik inkişaf meylini qoruyub saxlamaq üçün Azərbaycanda geniş iqtisadi islahatlar daha sürətlə davam etdirilir. Hazırda geniş investisiya və özəlləşdirmə proqramları üzərində iş aparılır, həm yerli, həm də xarici iş adamları üçün biznes mühiti daha da yaxşılaşdırılır. Hesab edirik ki, bu, iranlı iş adamlarının Azərbaycanda fəaliyyəti üçün də yeni imkanlar yaradacaq. Eyni zamanda, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək Dövlət Komissiyası fəal işləyir və onlar bir sıra yeni təkliflərlə çıxış edib. Hal-hazırda həmin təkliflər nəzərdən keçirilir.

Son illər Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizinin çox önəmli tərəfdaşına çevrilib. Biz respublikamızın tranzit imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirərək, nəqliyyat infrastrukturumuzu ən müasir standartlara uyğun yenidən qurmuşuq. Əminik ki, İran və Azərbaycan Astarası arasında dəmir yolunun istifadəyə verilməsi Şimal-Cənub nəqliyyat dəhlizini önəmli dərəcədə canlandıracaq. Ümumiyyətlə, nəqliyyat-kommunikasiya dəhlizləri bütün iştirakçı ölkələr, o cümlədən bizim üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edir. Həmin dəhlizlər bir tərəfdən beynəlxalq yük daşımalarında dövlətlərimizin çəkisini böyük dərəcədə artıracaq, digər tərəfdənsə iqtisadi sahədə ikitərəfli əməkdaşlıq əlaqələrimizi gücləndirəcək.

- Regionda təkfirçi qrupların terrorizmi genişləndirməyə çalışdıqlarını nəzərə alaraq Siz bu məşum fenomen ilə mübarizədə İran ilə Azərbaycan arasında əməkdaşlığı necə dəyərləndirirsiniz?

- Terrorizm hazırda sivil beynəlxalq münasibətlər sistemini, regional təhlükəsizliyi və ayrı-ayrı ölkələrin sabitliyini təhdid edən ən ciddi problemlərdən biridir. Beynəlxalq terrorizmin coğrafiyasının genişlənməsi bütün dünya dövlətlərini, o cümlədən bizim regionu və ayrı-ayrılıqda hər bir dövləti ciddi narahat edir və etməlidir. Afrika qitəsində, postsovet məkanında, Yaxın Şərqdə müharibə və lokal silahlı insidentlər nəticəsində milyonlarla insan öz torpaqlarından didərgin salınıb, milli iqtisadi sistemlər faktiki olaraq sıradan çıxmış, humanitar fəlakət günümüzün acı reallığına çevrilib.

Qeyd edim ki, 1990-cı illərin əvvəlində yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan qonşu Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkib. Erməni terrorçu təşkilatları Azərbaycanda 300-dən artıq terror aktı törədib. Dağlıq Qarabağdakı və ətrafdakı şəhər və kəndlərimiz yerlə yeksan edilib, nəticədə minlərlə vətəndaşımız qətlə yetirilib, yaralanıb və itkin düşüb. İşğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasəti olmuş və təəssüf ki, bu gün də davam etdirilir. Buna görə də biz terrorla üzləşmiş ölkələri və xalqları çox yaxşı anlayırıq.

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində real təşəbbüslərin və tədbirlərin tərəfdarıdır. Biz istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərimizdə təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərinə önəm veririk. Çünki hər bir ölkə yalnız sabitlik, təhlükəsizlik və sülh şəraitində çətinlikləri aradan qaldıra və inkişaf edə bilər. Azərbaycanın nümunəsi bir daha bunu əyani şəkildə təsdiq edir.

Azərbaycan İranla və digər dövlətlərlə birlikdə beynəlxalq terrorizm probleminin həllinə öz dəstəyini davam etdirməyə hazırdır.

- Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun vasitəçilik fəaliyyətini necə dəyərləndirirsiniz? Münaqişənin həlli üçün İslam və region ölkələrinin imkanlarından istifadə etmək barədə fikriniz nədir?

- 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunub, xalqımız etnik təmizləməyə məruz qalıb, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş torpaqlarda bütün iqtisadi və sosial infrastruktur, mədəniyyət abidələri, o cümlədən məscidlər dağıdılıb. Ermənistan BMT başda olmaqla dünyanın aparıcı təşkilatlarının işğal altında olan torpaqların azad olunmasını tələb edən qərar və qətnamələrini yerinə yetirməkdən boyun qaçırır. Təəssüf ki, dünya birliyi bu günə kimi problemin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə nail olmaq üçün Ermənistana qarşı heç bir real təsir mexanizmi tətbiq etməyib. O cümlədən münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti də bu günə kimi heç bir nəticə verməyib. Əminliklə demək olar ki, işğal faktının 20 ildən artıq davam etməsinə hazırda dünyada müşahidə olunan ikili standartlar siyasətinin də təsiri az deyil. Faktlar sübut edir ki, beynəlxalq birlik dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar hadisələrə selektiv yanaşma nümayiş etdirir. Bəzi hallarda işğal faktı kəskin qınanmaqla yanaşı, həm də problemin həlli üçün ciddi təsir mexanizmləri işlənib hazırlanır və qısa zamanda tətbiq edilir.

Qeyd etmək istərdim ki, İslam ölkələri, o cümlədən də İran həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli çərçivədə davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib. Buna görə İran İslam Respublikasına minnətdarlığımızı bildirir və bunu həm ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərinin təzahürü, həm də İranın beynəlxalq hüququn aliliyinə münasibəti kimi qiymətləndiririk.

İslam Konfransı Təşkilatının çoxsaylı qərar və qətnamələrində Ermənistanın işğalçılıq siyasəti pislənib və işğal faktına son qoyulması tələb olunub. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə yönəlmiş bütün səyləri, həmçinin İslam və region dövlətlərinin təklif və təşəbbüslərini dəstəkləyir və yüksək qiymətləndiririk. Münaqişənin ədalətli həlli sahəsində bundan sonra daha fəal dəstəyin göstəriləcəyinə inanırıq.

- Bəzi şayiələr gəzir ki, Azərbaycan Respublikasında müsəlmanlar, xüsusilə şiələr öz dini fəaliyyətlərinin icrasında məhdudiyyətlərlə üzləşirlər. Bu barədə nə deyə bilərsiniz?

- Sizin qeyd etdiyiniz kimi, bu tipli məlumatlar yalnız şayiə ola bilər. Azərbaycanda tarix boyu heç vaxt dini və milli zəmində ayrı-seçkilik olmayıb. Fərqli millətlərin, konfessiyaların, dini cərəyanların nümayəndələri daim sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıb. Ölkə Konstitusiyası və mövcud qanunvericilik vicdan və dini etiqad azadlığına tam təminat verir və gündəlik həyatda da dindarların fəaliyyətinə heç bir maneçilik törədilmir.

Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərib. Müstəqillik illərində dini məbədlərin, məscidlərin sayı xeyli dərəcədə artıb. Hazırda Bakıda və digər yaşayış məskənlərində 2 mindən artıq məscid mövcuddur. Ölkənin ən böyük məscidi olan Heydər məscidi mənim sərəncamımla dövlət vəsaiti hesabına inşa edilərək dindarların ixtiyarına verilib.

Azərbaycan bütün dünyada İslam mədəniyyətinin təbliğinə böyük diqqət göstərir və maliyyə vəsaiti ayırır. Buna misal kimi ölkəmizin Avropada və dünyanın digər bölgələrində təşkil etdiyi aksiyaları, keçirilmiş sərgiləri göstərmək olar. Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları mövcuddur, ölkədəki tolerantlıq mühiti, dövlət-din münasibətləri bütün dünyaya nümunə kimi qəbul olunur. İslam Konfransı Təşkilatı Azərbaycanda İslam dininin vəziyyəti, dinlər və konfessiyalararası münasibətləri həmişə yüksək qiymətləndirib.

Bir sıra ölkələrdə sünni və şiələr arasında ziddiyyətlərin kəskinləşdiyi bir zamanda, bu ilin yanvarında Bakıdakı Heydər məscidində şiələrlə sünnilər birgə vəhdət namazı qılıb.

İslamofobiyanın dünyada genişləndiyi müasir dövrdə biz İslam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinə öz töhfəmizi veririk. Qarşılıqlı anlaşma, etimad mühitinin formalaşdırılması, ümumi maraqların aliliyi, islamofobiyaya və digər bu kimi neqativ meyillərə qarşı birgə mübarizə İslam həmrəyliyinin təməl daşını təşkil etməlidir. Azərbaycan bu istiqamətdə öz səylərini gələcəkdə də davam etdirmək əzmindədir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ