Ukraynanın "Avroviziya” mahnı müsabiqəsinə təqdim etdiyi kompozisiya münsifləri çətin vəziyyətə salıb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu ilin may ayında keçiriləcək növbəti musiqi yarışmasında Ukraynanı müğənni Camala Krım tatarlarının deportasiyasından bəhs edən mahnı ilə təmsil edəcək. "Avroviziya”nın rəsmi təmsilçisi Pol Cordan "Danışır Moskva” radiostansiyasına açıqlamasında bildirib ki, mahnının mətnini nəzərdən keçirməyi düşünürlər.
"Əvvəlcə biz mahnının mətnini nəzərdən keçirməyi düşünürük. Lazım gələrsə, mətndə dəyişiklik edilə bilər. Belə halla biz 1990-cı ildə də qarşılaşmışdıq. O zaman müğənni Avropanın birliyi haqqında oxumaq istəyirdi. Son qərarı 14 martda verəcəyik” – Cordan bildirib.
Qeyd edək ki, Camalanın "Avroviziya” seçmə turuda qalib gəldiyi 21 fevrada bəlli olub. Yarışmada isə o, "1944” kompozisiyasını təqdim etməyi düşünür.