Bakının Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus olan 178 saylı uşaq bağçasında yanğın baş verib.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, bağçanın məcburi köçkünlərin məskunlaşdığı birinci korpusunun 1-ci mərtəbəsində giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılmış əşyalar 3 kv.m sahədəyanıb. Eyni zamanda 6 ədəd elektrik açarı da yanğına məruz qalıb. Yanğın zamanı 6 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbi araşdırılır.