Amnesty International Rusiyanı "son on illərin ən ağılalmaz cinayətlərini törətməkdə” ittiham edib. Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, təşkilat bu barədə açıqlamasını Sky telekanalına müsahibəsində verib.
"Sky News” telekanalına açıqlamasında Amnesty International-ın böhran vəziyyətlərinə reaksiya direktoru Tirana Xassan deyib ki, təşkilatın əlində Rusiyanın məktəbləri, xəstəxanaları və Bəşər Əsədə müxalif qüvvələrin nəzarətində olan yaşayış məntəqələrini bombalamasını təsdiq edən sənədlər var. Onun sözlərinə görə, istənilən halda mülki obyektlərin bombalanması hərbi cinayətdir. "Ağılalmaz cinayətlər” isə təyyarələrin bomba yağdırmasından sonra fövqəladə vəziyyət qüvvələri ərazidəki yaralıları evakuasiya edərkən təyyarələrin qayıdaraq həmin ərazini bir daha bombalamasıdır ki, Rusiya buna gedib.
Xassan dediklərinə sübut kimi Sky telekanalına Hələbdə yaşayış kvartalının bombalanmasını əks etdirən videoyazı da təqdim edib. Videoyazıda bombardman nəticəsində ölənlər arasında azyaşlının da olduğu görünür.
Qeyd edək ki, Amnesty International birinci dəfə deyil Rusiya hərbiyyəsini hərbi cinayətdə ittiham edir. Belə ki, 23 dekabr 2015-ci il tarixdə də təşkilat Rusiya HKQ-nin təyyarələrinin məscid və bazarları bombalamasınə əks etdirən hesabat dər edib. Rusiya tərəfi isə bu faktları qətiyyətlə inkar edir. Rusiya HKQ-nin başçısı İqor Bondarev bildirib ki, Suriyada əməliyyatlar zamanı qadağan olunmuş obyektlərin bombalanmasından söhbət belə gedə bilməz. Lakin bu zaman deyilənləri sübut edən videogörüntülərdən söhbət açmayıb.