Dəməşqdə baş verən seriyalı partlayışların, həmçinin Homs şəhərinə hücumun məsuliyyətini "İslam dövləti” terrorçu təşkilatı öz üzərinə götürüb.
Baki-xeber.com bu barədə RBK-ya istinadən xəbər verir. Xəbərə görə, "Reuters”ə yerli mənbələrdən bəlli olub ki, Dəməşqin şiə müsəlmanların yaşadığı Səid Zeynəb məhəlləsində intiharçı-bombaçı özünü partladıb Bundan öncə isə həmin ərazidə minalanmış avtomobil partladılıb. Partlayışlar nəticəsində 62 nəfər ölüb, 180 nəfər yaralanıb.
Qeyd edək ki, Suriyanın hüquq müdafiə təşkilatları partlayış sayının 4 olduğunu bildirib.