Moskva və bütün Rusiyanın patriarxı Çili şəhəri Punta-Arenasdan keçməklə Antarktidaya aparan təyyarədə görünməmiş hadisə yaşanıb.
Baki-xeber.com RİA”Novosti”yə istinadən xəbər verir ki, uçuş zamanı təyyarənin pilot kabinəsinin qabaq şüşəsi qəfildən çilik-çilik olaraq dağılıb. Xoşbəxtlikdən bu, şüşənin yalnız üst qatı olub və ikinci qat salamat qalıb. Lakin bu halda uçuşa davam çox risqli olduğundan pilot geriyə qayıtmaq barədə qərar verib. Bununla belə, nasazlıq aradan qaldırıldıqdan sonra patriarxın səfəri baş tutub.
Qeyd edək ki, agentliyin xəbərinə görə, 17 fevral tarixində patriarx Kiril Vaterloo adasında Rusiyanın Antarktidadakı "Bellinqhauzen” stansiyasına səfər edərək "oradakı qütblülər və pinqvinlərlə görüşüb". Onun orada dualama ritualı yerinə yetirdiyi bildirilir.