Əsədin sözçüsü Buseyna Şaban rejim ordusu ilə PKK-nın Suriyadakı uzantısı olan PYD ilə ortaq işbirlikləri olduğunu açıqlayıb.
Baki-xeber.com-un haber7-yə istinadən xəbərinə görə, Rusiyanın RTR kanalına açıqlama verən Şaban PYD-nin Suriya ordusu və Rusiya təyyarələrinin dəstəyilə ölkə torpaqlarını azad etməyə nail olduğunu bildirib. Qeyd edib ki, mövzu Suriya xalqının və torpaqlarının bütövlüyü olduğu halda sözügedən işbirliyinin haç bir qorxusu yoxdur. Sözügedən əməliyyatlarda yer alanların sadəcə kürd əsilli olmadığını deyən Buseyna Şaban "savaşanlar arasında kürd, ərəb, süryani, bəzi əşirət mənsubları terrorla mücadilə aparır” – deyə bildirib.