Bu gün axşam saatlarında İstanbulda genişmiqyaslı əməliyyat başladılıb.
Baki-xeber.com-un haber7 kanalına istinadən xəbərinə görə, "Yedditəpə hüzur” adı verilən polis əməliyyatına terrorla mücadilə, çevik polis gücləri, yol polisi, qaçaqçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə dəstələrindən ibarət 5 min nəfər qatılıb. Əməliyyatı İstanbul Polis İdarəsinin müdiri Mustafa Çalışqan koordinasiya edir. Əməliyyat çərçivəsində şübhəli şəxslər diqqətlə yoxlanır, özəlliklə onların üzərindən silah, bıçaq və narkotik vasitələrin olub-olmadığı araşdırılır. Yol polisinin apardığı yoxlamalara isə polis helikopteri havadan dəstək verir.
Mustafa Çalışqan yoxlamaların gecə saatlarına qədər davam edəcəyini bildirib.