Kremldə Türkiyə-Suriya sərhədində gərginliyin artmasından narahatlıq ifadə olunur.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, belə bir açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. Onun sözlərinə görə, Suriya ərazisinin Türkiyə tərəfindən atəşə tutulması "yolverilməzdir”.
"Kremldə Türkiyə-Suriya sərhədində artan gərgilik narahatlıqla izlənir” – deyə Peskov Türkiyənin kürd mövqelərini vurmasını şərh edərkən bildirib.
Xatırladaq ki, daha öncə ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Suriyanın şimalında kürd mövqelərini bombalamağı dayandırmağa çağırıb. Eyni zamanda Əsəd qüvvələrinin Suriyanın şimalına hücumlarından narahatlıq ifadə edən Amerika prezidenti kürdlərə də müracıət edərək, onları ərazi işğalından geri durmağa çağırıb.