Ankara teraktının arxasından YPG-nin çıxması diqqətləri Suriya sərhədində atışmalarını intensivləşdirən YPG-nin üzərinə çəkdi.
Baki-xeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK terror qrupunun Suriyada silahlı qolu olan YPG-ye Ankara teraktının cavabını ən sərt şəkildə verməyə hazırlaşan Türk Silahlı Qüvvələri bu yöndə önəmli qərar alıb. Belə ki, daha önce YPG güçlərini "Fırtına” silahı ilə vuran TSK bu dəfə Sakarya Çoxlüləli Raketatanlarını (ÇNRA) Suriya sərhədinə dislokasiya edib. 122 millimetrlik raketlər atan ÇNRA-lar Suriyanın YPG-nin nəzarətində olan Afrin bölgəsinə tuşlanıb.
Hərbçilərin sözlərinə görə, 40 raket yeri olan bu silahla 500 kvadratmetrlik ərazini bir atəşlə vurmaq mümkündür. İstifadə olunarsa, bu silahların Afrin bölgəsini ciddi dağıntılara məruz qoyacağı bildirilir.