Quzey İraqın Qəndil bölgəsi Avaşin-Basyan, Hakurk ve Garada PKK-ya aid olduğu təsbit edilen sığınacaq ve silah anbarları bombalanıb.
Baki-xeber.com haber7-yə istinadən xəbər verir ki, Terrorla Mücadilə Hərəkatı çərçivəsində havadan PUA-larin və yanacaq dolduran təyyarələrin dəstək verdiyi F-4E və F-16-ların hava hücumu həyata keçirilib. Nəticədə ağıllı bombaların da olduğu sursat anbarları ilə yanaşı xeyli sayda PKK-çı məhv edilib.
Əməliyyatın davam etdiyi xəbər verilir.