"ABŞ PYD-ni terror təşkilatı olaraq qəbul etməsə, Türkiyə "İncirlik” hava bazasını Birləşmiş Ştatların hərbi təyyarələri üçün bağlaya bilər."
Baki-xeber.com-un "Yeni Şafak” qəzetinə istinadən xəbərinə görə, bu barədə Türkiyə prezidentinin məsləhətçisi Şeref Malkoç bəyan edib.
O, "Türkiyəni yasa batıran Ankara terrorunu törədən PYD-YPG-ni terror təşkilatı olaraq qəbul etməyən ABŞ-ı" tənqid edib.
İslam coğrafiyası və Osmanlı imperiyasının parçalanmasını hədəfə alan Birinci dünya müharibəsinin əslində hələ də davam etdiyini vurğulayan Malkoç növbəti mərhələnin kürdləri bölüb-parçalamaq olduğunu bildirib: "Ondan sonra, bəlkə də, Türkiyəni parçalamaq istəyəcəklər. Həmin ölkələr arasında, təəssüf ki, dost və müttəfiq saydığımız Rusiya və İran da var.
PYD-YPG-ni terror təşkilatı olaraq qəbul etməyən ABŞ-a qarşı görüləcək tədbirlər sırasında "İncirlik” hava bazasının Amerika təyyarələri üçün bağlanılması da yer ala bilər. Bizə dost olanlar düşmənçilik edirsə, onlara qarşı tədbir görüləcək. ABŞ Suriyada Türkiyənin əleyhinə Rusiya ilə birlikdə hərəkət edir”.
Lakin Cumhurbaşqanı Ərdoğan Malkoçun bu açıqlamasını təqdir etməyib. Dünən axşam saatlarında cümə namazından çıxan Rəcəb Tayyib Ərdoğan jurnalistlərin bir sıra sualları ilə yanaşı Şeref Malkoçun sözügedən açıqlaması ilə bağlı sualı da cavablandırıb Cumhurbaşqanı deyib ki, ABŞ-ın "İncirlik" hərbi bazasından istifadəsində məqsəd beynəlxalq koalisiya tərkibində ümumən regionda terrora qarşı mübarizə olub və bu missiya hələ davam etməlidir.