ABŞ prezidenti Barak Obama Cumhurbaşqanı Ərdoğana telefon açıb.
Baki-xeber.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, Obama Ankarada 28 nəfərin həlak olmasına, 61 nəfərin sağlamlığını itirməsinə səbəb olan terror aktı ilə bağlı Türkiyə prezidentinə başsağlığı verib. Ağ Evdən verilən xəbərə görə, iki lider arasında Suriyada son durum da əsas müzakirə mövzularından olub.
Türkiyə Cumhurbaşqanlığından telefon danışığının 1 saat 20 dəqiqə çəkdiyi bildirilib.