Ankara və Diyarbəkirdə teraktların ardından Türkiyənin yasa büründüyü bir vaxtda HDP lideri Səlahəddin Dəmirtaş PKK-nın sözçüsü kimi çıxış edib.
Baki-xeber.com-un haber7-yə istinadən xəbərinə görə, Dəmirtaş Suriya sərhədindən Türkiyəyə atəş açan YPG-yə Türk Silahlı Qüvvələrinin cavab zərbəsi endirməsini tənqid edərək, Türkiyənin PKK və YPG ilə bir olmasının vacibliyini bildirib.
"Sülh istəmək qorxaqlıq deyil. Əslində igidlik də budur və Türkiyənin bu cəsarətdə siyasətçilərə ehtiyacı var... Türkiyə artıq qərar verməli, kürdləri qarşısına almaq yerinə yanına almalıdır” – o deyib.
Qeyd edək ki, Türkiyə PKK-nın sılahlı qanadı YPG-nin vaxtaşırı törətdiyi terror hücumlarından əziyyət çəkir, ABŞ tərəfi isə örgütü terror qrupu saymadığını bəyan edir.