Ankarada 28 nəfərin həlak olmasına, 61 nəfərin yaralanmasına səbəb olan terror aktının məsuliyyətini PKK-ya bağlı kürd silahlı birləşməsi öz üzərinə götürüb.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, "Kürdüstanın azad qırğıları” adlanan silahlı qruplaşma sözügedən teraktı Ərdoğanın yürütdüyü siyasətin, eyni zamanda, Türkiyənin cənub-şərqində yerləşən Cizrədəki vəziyyətin qisası adlandırıb və Türkiyəni yeni hücumlarla hədələyib.