"Xocalı soyqırımının baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov əvvəldən bilirdi". Trend-in məlumatına görə, bunu Azərbaycan hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimat mərasimində çıxışı zaman deyib.
X.Vəliyev bildirib ki, o zaman Daxili İşlər Nazirliyi məlumat yaydı ki, Xocalıda cəmi iki adam öldürülüb: "Sonradan Azərbaycan dövləti soyqırımda 613 nəfərin qətlə yetirilməsini sübut etmək üçün xeyli əziyyət çəkməli oldu".
X.Vəliyev qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" kampaniyası bu soyqırımın dünyada daha geniş tanıdılmasında mühüm rol oynadı və bir sıra ölkələr bunu soyqırım kimi qəbul etdi.