Sultanahmet meydanında partlayış törədən terrorçu kimi Ankarada 28 nəfərin həyatına qəsd edən, 61 nəfərin isə yaralanmasına səbəb olan terrorçunun da suriyalı olduğu ortaya çıxdı
Baki-xeber.com-un Türkiyə mediasına istinadən xəbərinə görə, İŞİD-in Kobaniyə hücumunun ardından ötən il Türkiyəyə qaçan 24 yaşlı Salih Muhammed Nəccar Türkiyədə biometrik kimlik vəsiqəsi aldıqdan sonra bir neçə dəfə Suriyaya gedib. Həmin kimlikdəki barmaq izləri də onun Ankaradakı intiharçı olduğunu tezliklə təsbit etməyə imkan verib.
Eyni zamanda bəlli olub ki, YPG sıralarında olan Nəccar Murad Karayılanın "Fədai taboru”nda bomba, sui-qəsd, sabotaj təlimi alıb. Suriyaya vaxtaşırı gediş-gəlişi də məhz təlimat almaq məqsədilə izah olunur.