18 fevral tarixində Moskvada bir sıra iri ticarət mərkəzlərində bomba olması xəbəri ilə bağlı həyəcanlı anlar yaşanıb. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, anonim zənglər nəticəsində Moskvanın Mərkəzi Univermaqı, 5 ayrı ünvanda "Aşan” mağazaları və ”Kuntsevo-plaza”da insanlar evakuasiya olunaraq axtarış aparılıb. Həmin mağazalardan birinin Moskvanın mərkəzində - Qızıl meydanda yerləşdiyi xəbər verilir.
Xəbərdə o da bildirilir ki, naməlum şəxslər öncədən 9 "Aşan” mağazasının partladılacağı ilə hədələyiblər. Onlardan 5-də evakuasiya həyata keçirilib. Kinoloqların iştirakı ilə keçirilən yoxlamaların heç birində şübhəli əşya aşkarlanmayıb.