BMT Təhlükəsizlik Şurasının 5 daimi üzv ölkəsi, o cümlədən Niderland, Almaniya və Aİ-nin səfirləri Ankara teraktı barədə məlumatlandırılmaq məqsədilə Türkiyə Xarici İşlər Nazirliyinə dəvət olunub.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, diplomatik mənbələrdən bildirilib ki, Türkiyə xarici siyasət idarəsinə ABŞ səfiri Con Bass, Almaniya səfiri Martin Erdmann, Rusiya səfiri Andrey Karlov, Britaniya səfiri Riçart Mur, Fransa səfiri Çarls Fris, Çin səfiri Yu Honq Yan, Niderlans səfiri Kornelis Van Rij və Avropa İttifaqının Türkiyədəki heyətinin rəhbəri səfir Hansyorq Haber dəvət olunub.
Xəbərdə Türkiyə XİN-in müşaviri Feridun Sinirlioğlunun hər bir səfirlə ayrı-ayrı söhbət apardığı bildirilir.