Ağdamın Quzanlı qəsəbəsində "Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
Baki-xeber.com-un qazilər.az saytından aldığı xəbərə görə, Ağdam Dövlət Dram Teatrında keçirilən kütləvi tədbirdə icra hakimiyyətinin və Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları, fəal gənclər iştirak edib.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən çəkilən, Azərbaycanın Milli Qəhrəman Şirin Mirzəyevə həsr edilmiş "Diqqət mən 301-əm” adlı sənədli film göstərilib. Layihənin rəhbəri Şəmistan Əlizamanlı, rejissorları İlham Tumas və Nicat Cəlildir. Ssenari müəllifi isə Rey Kərimoğludur.
" frameborder="0" allowfullscreen>