Ankarada güclü partlayış baş verib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, partlayış İnönü bulvarının yaxınlığında – Mərasim və Dikmən küçələrinin kəsişməsində baş verib. Hadisə anında həmin yolla hərbçiləri daşıyan avtomobil hərəkət etdiyindən, nəticədə yaralıların olduğu bildirilir.
Hadisə nəticəsində 28 nəfərin həlak olub, 31 nəfər isə yaralanıb. Partlayış avtomobildə partlayıcı qurğunun yerləşdirilməsi nəticəsində baş verib.
Baş nazir Əhməd Davudoğlu deyib ki, insident dövlətin nəzarətindədir.
Hadisənin terror aktı olduğu bildirilir. Partlayışın Türkiyə Böyük Millət Məclisindən 500 metr məsafədə baş verdiyi deyilir.
Partlayışın baş verdiyi bölgə Ankaranın ən kritik və strateji nöqtələrindən biridir... Terror üçün məhz bu bölgənin seçilməsi də təsadüfü deyil. Çünki bölgədə Baş Qərargah, Hərbi Hava Qüvvələri Komandanlığı, eləcə də hərbi yataqxanalar yerləşir.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hadisənin baş verdiyi ərazidən təxminən 200 metr məsafədə yerləşir.
İlk məlumatlara görə, 2 xidməti avtomobil yanaraq tamamilə yararsız vəziyyətə düşüb. Sözügedən avtomobillərinin Hərbi Hava Qüvvələrinə aid olduğu və burada çalışan hərbçilərlə mülki işçiləri daşıdığı bildirilir.