Ankarada güclü partlayış baş verib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, partlayış İnönü bulvarının yaxınlığında – Mərasim və Dikmən küçələrinin kəsişməsində baş verib. Hadisə anında həmin yolla hərbçiləri daşıyan avtomobil hərəkət etdiyindən, nəticədə yaralıların olduğu bildirilir.
"Reuters” isə Ankaranın qubernatoruna istinadən 5 nəfərin partlayış nəticəsində öldüyü barədə xəbər yayıb.
Baş nazir Əhməd Davudoğlu deyib ki, insident dövlətin nəzarətindədir.