Suriya prezidenti Bəşər Əsəd ümummilli amnistiya sənədi imzalayıb. Baki-xeber.com-un "Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, sərəncam 17 fevral 2016-cı il tarixə kimi hərbi xidmətdən yayınmış şəxslərə şamil olunur.
Qeyd olunur ki, 30 gün müddətində müraciət edərlərsə, ölkə daxilində qalaraq xidmətdən yayınanlar Əsədin ədalətinə sığına bilər. Xarici ölkələrdə olanlar üçün isə bu müddət 60 gündür.
TASS sərəncamım imzalandığı andan qüvvəyə mindiyini xəbər verir.