"İndiyə qədər Xocalıda soyqırım törədənlərdən 39 nəfərin cinayət məhsuliyyətinə cəlb edilməsi üçün məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib, axtarışa veriliblər”. Trend-in məlumatına görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov Milli Məclisdə keçirilən "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib.
R.Məmmədov bildirib ki, bundan başqa, həmin cinayətləri törətməkdə şübhəli bilinən 231 nəfərin tam anket məlumatlarının və onların gizləndiyi yerlərin müəyyən edilməsi məqsədilə istintaq-əməliyyat tədbirləri davam etdirilir: "1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliklərlə bağlı cinayət işi 1992-ci il fevral ayının 27-də o vaxt mövcud olan Qarabağ rayonlararası prokurorluğu tərəfindən başladılıb. Həmin cinayət işinin istintaqı ilə bağlı 2002-ci il dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin birgə istintaq-əməliyyat qrupu yaradılıb”.