Türkiyənin Mardin vilayətində partlayış baş verib. Baki-xeber.com-un Anadolu Agentliyindən aldığı xəbərə görə, hadisə Kızıltəpə rayonunda yaşanıb.
Xəbərdə bildirilir ki, partlayış rayonun Yeni məhəllə deyilən ərazisindəki Öz Mühaciroğlu Pasajının alt mərtəbəsində baş verib. Nəticədə 4 nəfər yaralanıb. Onların həyati təhlükəsi olmadığı bildirilir.
Hazırda polis partlayışın səbəblərini araşdırır.