şənbə günü, 13 iyun 2026
     

Prezident yanında Apelyasiya Şurası sahibkarlarla bağlı ciddi bir problemi aktuallaşdırdı

Image


Qulu İsmayılov: "Həmin QHT-lər iş adamlarının hüquqi maarifləndirilməsi istiqamətində ciddi işlər görməlidir"

"İş adamları ilə seminarların keçirilməsi, Apelyasiya Şuralarına edilən şikayətlərin məzmununa aid xüsusi broşürlərin buraxılmasını bu fəaliyyətə aid edə bilərik"

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Apelyasiya Şuraları yaradılıb və onların Əsasnaməsi təsdiq edilib.Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev müsahibəsində yeni qurumların yaradılması və fəaliyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.
"Apelyasiya şuralarına kimlər müraciət edə bilər və şikayətlər hansı formada olmalıdır" sualına Eldar Nuriyevin cavabı belə olub: "Qanunvericiliyin tələbinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərardan, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalara dair müraciətlər istisna olmaqla) tam və ya qismən narazı olduqları halda müvafiq Apelyasiya şuralarına təkrar şikayət edə bilərlər. Prezident yanında Apelyasiya Şurasına isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apelyasiya şuralarının qəbul etdiyi qərardan, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən narazı olan sahibkarlar qanunvericiliyin tələblərinə əməl etməklə şikayət verə bilərlər. Bir vacib məsələni təkrar vurğulamaq istəyirəm, şikayətlərin verilməsi və baxılması qanunvericiliyin tələbləri ciddi gözlənilməklə həyata keçirilməlidir. Həqiqətən də Prezident yanında Apelyasiya Şurasına son bir neçə gün ərzində ayrı-ayrı orqanların qəbul etdiyi qərarlardan müxtəlif məzmunda xeyli şikayət daxil olub və onların sayı günbəgün artmaqdadır. Proqnozlara əsasən, artım dinamikası bundan sonra da davam edəcək.
Şikayətlərin sayının azaldılması və lüzumsuz artmasının qarşısının alınması üçün ilk növbədə yerli və mərkəzi icra hakimiyyətləri zəruri tədbirlər görməli, sahibkarların müraciətlərinə məsuliyyətlə yanaşmalı, şikayətlərinə vaxtında və düzgün baxmalı, qanuni tələb və xahişləri təmin etməli, bürokratik amilləri, süründürməçilik hallarını, nöqsan və çatışmazlıqları aradan qaldırmalıdırlar. Sahibkarlar da şikayət verilməsinə məsuliyyətlə yanaşmalı, hüquq və vəzifələrini yaxşı bilməli, qanunvericiliyin müddəalarına ciddi əməl etməli, əsassız iddialar irəli sürməməli, lüzumsuz şikayətlər verməkdən çəkinməlidirlər. Eyni zamanda, Apelyasiya şuraları sahibkarların şikayətlərinə vaxtında, obyektiv baxmalı, qanuni qərarlar qəbul etməlidir.
Hazırda Şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, sahibkarlar qanunvericiliyin müddəalarını kifayət qədər düzgün təfsir etmir, icrası zəruri olan tələbləri, prosedur qaydaları pozurlar. Bu hal son nəticədə şikayətlərə baxılmasından imtinaya, baxılmamış saxlanmasına, mübahisənin həllini tapmamasına, şikayətin aidiyyəti üzrə göndərilməsinə, onların sayının süni artmasına gətirib çıxarır, vaxt itkisinə, əlavə iş yükünə, məsrəflərə səbəb olur.
Əvvəla onu deyim ki, Apelyasiya şuralarına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Göründüyü kimi, bütün hallarda bu üç şərt gözlənilməlidir. Bundan əlavə, sahibkarlar şikayətin verilməsinin prosedur qaydalarına, şikayətin forma və məzmununa, digər tələblərə əməl etməlidirlər. Əks təqdirdə, qanunvericiliyə müvafiq olaraq, onların şikayətlərini həll etmək imkan xaricində olacaq".
Eldar Nuriyevin toxunduğu vacib məqamlardan biri də sahibkarların edəcəyi şikayətlə bağlı öz hüquqlarını bilmələridir. Bu da sahibkarların hüquqi maarifləndirməsinin zəruriliyini meydana gətirir. Bunun üçün hansı addımlar atılmalıdır?
İqtisadçı Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələdə sahibkarların hüquqi maariflənməsinə ciddi ehtiyac yaranır: "Bilirsiniz ki, müxtəlif qurumların daxilində artıq Apeliyasiya Şuraları yaradılır. Ölkə başçısı bu mexanizmin yaradılmasına dair göstərişi iş adamlarına bəzi subyektlərin maneə olmaması səbəbindən verib. Əsasən sahibkarların hüquqlarının qorunması istiqamətində yaradılan bu mexanizmin fəaliyyətini çətinləşdirməmək üçün ora edilən şikayətlər mahiyyəti üzrə olmalıdır. Bu məsələdə QHT-lərin üzərinə məsuliyyət düşəcək. Biz QHT-lərin siyahısına baxsaq, çoxlu sayda sahibkarların maarifləndirilməsi adı ilə fəaliyyət göstərənlərə rast gələciyik. Həmin QHT-lər iş adamlarının hüquqi maarifləndirməsi istiqamətində ciddi işlər görməlidir. İş adamları ilə seminarların keçirilməsi, Apelyasiya Şuralarına edilən şikayətlərin məzmununa aid xüsusi broşürlərin buraxılmasını bu fəaliyyətə aid edə bilərik".
Məhəmmədəli QƏRİBLİ
 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

13.06.2026 / 17:45
Azərbaycanla ABŞ TRIPP-in icrasını müzakirə etdi

13.06.2026 / 16:15
Putindən Qərbə növbəti xəbərdarlıq - heç vaxt buna cəhd etməyin...

13.06.2026 / 15:57
Şahbaz Şərif dünyanın gözlədiyi xəbəri elan etdi - ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər

13.06.2026 / 15:32
ABŞ ordusunun İranda uranı ələ keçirmək planı... Tramp əməliyyatı son anda dayandırdı, İranın “intihar tələsi” ortaya çıxdı...

13.06.2026 / 13:37
Bakıda restoranın dolabından beş min dollar oğurlandı

13.06.2026 / 13:24
Putinin nümayəndəsi Baydenin oğlunu ailənin Ukraynadakı “qaranlıq işlərini” açıqlamağa çağırdı...

13.06.2026 / 13:20
Əli Əsədov Ünal Üstel ilə görüşüb

13.06.2026 / 12:50
Ağdamda 33 il sonra “Son zəng” çalındı

13.06.2026 / 11:55
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb

13.06.2026 / 11:35
Şuşada TDT ölkələrinin Rəqabət Forumu keçirildi

13.06.2026 / 10:12
Emin Əmrullayev məzunları təbrik etdi

13.06.2026 / 09:29
Tramp ABŞ-İran sülh razılaması ilə bağlı konkret tarixi açıqladı - saziş Cenevrə və ya Vyanada imzalana bilər...

13.06.2026 / 08:45
Hindistan ABŞ-a nota verdi...

12.06.2026 / 22:49
ABŞ-İran sülh sazişinin razılaşdırılmış yekun mətni hazırdır - Pakistan bütün dünyaya elan etdi...

12.06.2026 / 22:12
Fransa mediası Azərbaycana qarşı çirkin kampaniyaya başladı - MEDİA-dan sərt açıqlama...

12.06.2026 / 22:03
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

12.06.2026 / 21:56
Paşinyan Zəngəzur dəhlizində neft-qaz kəmərini şübhə altına aldı...

12.06.2026 / 21:12
Paşinyan KTMT-dən çıxmaqla bağlı daha bir bəyanat verdi...

12.06.2026 / 21:03
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

12.06.2026 / 20:47
Belə də kənd həyatı olar? - cəmi 19 faiz... Kəndlərimiz simasını itirir...

12.06.2026 / 20:22
Xəzərdə 22 yaşlı gənc 13 kq marixuan ilə tutuldu

12.06.2026 / 20:15
Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı... Neçə dəfə olar?!

12.06.2026 / 19:46
Dövlət proqramı Prezidentin tənqid etdiyi problemlərin həllinə yol açır...

12.06.2026 / 19:34
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

12.06.2026 / 18:12
Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

12.06.2026 / 18:10
1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...

12.06.2026 / 17:43
Trampın qızı və kürəkəni Kuşnerə görə Albaniyanı "Flaminqo inqilabı" bürüdü...

12.06.2026 / 17:43
Müxalifətin xalqı Paşinyana qarşı səfərbər etmək cəhdləri iflasa uğrayır...

12.06.2026 / 17:30
Bakıda dəyişkən iş rejiminin "antitıxac effekti" yetərincə inandırıcı görünmədi...

12.06.2026 / 17:20
Rusiya Ermənistan məhsullarına qadağaları genişləndirdi - siyasi gərginlik artır...

12.06.2026 / 17:18
"Yeni Şafak"dan şok xəbər - Türkiyə iki istiqamətdə Ermənistanla sərhədi açır, ticarət 1 milyard dollara çatacaq...

12.06.2026 / 17:14
Prezident Əliyev tənqid etdi, ardınca proses başladı...

12.06.2026 / 16:59
Taksilərdə gediş bahalaşır, amma qazanan sürücülər yox, xarici şirkətlərdir...

12.06.2026 / 16:49
"Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur" - Emin Hüseynov

12.06.2026 / 16:39
Merts qəti şərt qoydu - Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...

12.06.2026 / 16:33
Region müşavirələri aqrar bölmədə yeni mərhələ başlada bilər...

12.06.2026 / 16:30
Nazirlik və Agentliklərdə müşavir postlarını bu qədər şişirtmək büdcəyə izafi basqı yaradır...

12.06.2026 / 16:18
ABŞ və İran tarixi razılaşmanın bir addımlığında - dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...

12.06.2026 / 15:49
Epşteyn işi çərçivəsində Konqresin sorğu-sualı Tramp ailəsinə çatır...

12.06.2026 / 15:29
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olundu

12.06.2026 / 15:22
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - YENİLƏNİB

12.06.2026 / 15:17
Deputat sosial şəbəkələrdə saxta ekspertlərlə bağlı təklif irəli sürdü

12.06.2026 / 15:00
“...Ənənəvi memarlıq ilə futuristik şəhərsalma prinsipləri unikal şəkildə vəhdət təşkil edir” - Rizvan Qarabağlı

12.06.2026 / 14:31
Uşaqlarımızın əxlaqına ən çox təcavüz edən sosial şəbəkələr...

12.06.2026 / 13:42
Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib

12.06.2026 / 13:35
Göygöldə yeni Dövlət Proqramının müzakirəsinə dair müşavirə keçirildi - YENİLƏNDİ

12.06.2026 / 13:20
Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...

12.06.2026 / 12:58
QHT və özəl sektor arasında yeni tərəfdaşlıq təşəbbüsü başlayır

12.06.2026 / 12:33
Prezidentin köməkçisi 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəflərini açıqladı...

12.06.2026 / 12:17
Avropada faşist düşərgələri, Qarabağda erməni həbs-işgəncə “düşərgələri”...

12.06.2026 / 11:53
"2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur" - Nazir müavini

12.06.2026 / 11:34
"Xüsusi icra məmurları başqa peşə fəaliyyəti ilə məşğul ola bilməz" - Ədliyyə rəsmisi

12.06.2026 / 11:16
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

12.06.2026 / 11:11
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanladı

12.06.2026 / 11:09
Prezident İlham Əliyev Putini təbrik etdi

12.06.2026 / 10:59
Yüksək vəzifəli şəxs SAXLANILDI - Gömrükdə ƏMƏLİYYAT

12.06.2026 / 10:49
Ağdaşda avtomobili ildırım vurdu...

12.06.2026 / 10:40
DYP “Son zəng” ilə bağlı məzunlara və valideynlərə müraciət etdi - bunlardan uzaq olun...

12.06.2026 / 10:32
"2015-2025-ci illərdə istifadə olunmayan 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb" - Prezidentin köməkçisi

12.06.2026 / 10:19
ƏHLİMAN ƏMİRASLANOV – MƏRHƏMƏTİN ELMƏ, ELMİN DÖVLƏTÇİLİYƏ ÇEVRİLDİYİ ÖMÜR

12.06.2026 / 10:04
“Son zəng”lə bağlı sürücülərə xəbərdarlıq edildi...

12.06.2026 / 09:46
Azərbaycan Rusiyanı təbrik etdi

12.06.2026 / 09:29
Goranboyda marketdə MASKALI SOYĞUN...

12.06.2026 / 09:20
Aqrar sahədə yeni Dövlət Proqramı üzrə regional müşavirələrə start verilir

11.06.2026 / 23:51
Tramp İranla razılaşma əldə edildiyini bəyan etdi – saziş Avropada imzalana bilər...

11.06.2026 / 23:06
Qadınların milliləşdirilməsi siyasətinin tərkib hissəsi

11.06.2026 / 22:40
Vüsal Tahirovun adının və soyadının leksik mənası və izahı

11.06.2026 / 21:20
Ermənistan hakimiyyəti konstitusiya dəyişikliyini aşkarca uzadır - nazir özünü təkzib etdi...

11.06.2026 / 20:28
Paşinyan Gümrü bələdiyyə rəhbərliyini “dama basdı” - üstəlik ultimatum verdi... tezliklə...

11.06.2026 / 20:01
Kreml İrəvandan "KTMT-də qalıb-qalmamağın" tezliklə həllini tələb etdi...

11.06.2026 / 19:33
İran-ABŞ danışıqları 12 milyarda görə dalana dirəndi...

11.06.2026 / 19:16
Aysel Əlizadənin “Xoşbəxtlik haqqında” kitabı çap olunub

11.06.2026 / 18:46
Neft 60 dollar bahalaşdı, ÜDM artmadı - niyə?...

11.06.2026 / 18:23
Paşinyan Bakı-Tiflis-Qarsa alternativ yaradır - 1 milyard dollar lazım olacaq...

11.06.2026 / 18:12
Paşinyan Putindən seçki təbriki və dəvət gözləyir - bundan imtina etməyəcəyəm...

11.06.2026 / 17:45
Tramp İrana "çox ağır zərbə"nin anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

11.06.2026 / 17:30
Əli Əsədov iclas keçirdi, yeni qərar qəbul edildi

11.06.2026 / 17:27
“Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

11.06.2026 / 17:22
Paşinyan Ermənistanın KTMT-dən çıxarılması ehtimalından danışdı - heç nə edə bilmərik...

11.06.2026 / 17:10
Ermənistanın keçmiş müdafiə naziri barədə qiyabi həbs qərarı çıxarıldı...

11.06.2026 / 16:53
Hüseyn Cəfərov: “Otuz il axtarılıb, lakin tapılmamağının səbəbi o idi ki, axtaranlar mixi yazının necə olduğunu tam bilmirdilər” - MÜSAHİBƏ

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ