ABŞ prezidentliyinə şanslı namizədlərdən olan eks dövlət katibi Hillari Klintonun seçicilərilə son görüşü özünün qeyri-adiliyilə yadda qalıb. Baki-xeber.com-un vesti.ru saytına istinadən xəbərinə görə, Demokratlar partiyasının namizədi seçicilər önündə çixiş edərkən gözlənilmədən, sözün həqiqi mənasında, hürüb.
Görüşün məzəli videosunu isə İnternetdə CNN yayıb. Görüntülərdə xanım Klintonun Respublikaçılar partiyasından olan opponentlərini tənqid edərkən hürməyə başladığı diqqət çəkir. Bu zaman o, zarafatla bildirir ki, hürməklə opponentin yalanını çıxarmaq olar: "Mən burda sevdiyim siyasi reklamlardan birini xatırladım. Onu radioda səsləndirirdilər. Orada müəllif belə bir fikir işlədir ki, biz iti elə öyrətmişik, yalan eşitdiyi anda hürməyə başlayır” deyən xanım namizəd bu anda iti təqlid edərək hürüb.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək.