BMT-nin eks Baş katibi Butros Butros Hali 94 yaşında dünyasını dəyişib. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, bu barədə BMT Təhlükəsizlik Şurasının 16 fevral tarixdə baş tutan iclasında Venesuelanın təşkilatdakı daimi nümayəndəsi Rafael Dario Ramiros Karreno məlumat verib.
Qeyd edək ki, hazırda BMT TŞ Suriya Ərəb Respublikasındakı vəziyyət müzakirə olunur. "İnterfaks”ın xəbərinə görə, toplantı Butros Halinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə öz işinə başlayıb.
Misirli diplomat Butros Hali 1992-1996-cı illərdə BMT-nin Baş katibi vəzifəsini daşıyıb.