"Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 290 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında Prezident İlham Əliyev fərman imzalayıb. Trend-in məlumatına görə, fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
"Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 290 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 157; 2001, № 12, maddə 755; 2003, № 10, maddə 546) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Dördüncü və beşinci abzaslarda "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.