PKK-nın silahlı qolu olan PYD bu gün Rusiya aviasiyasının havadan dəstəyilə Hələbin şimalındakı Tel-Rıfat yaşayış məntəqəsində nəzarətini bərpa edə bilib.
Baki-xeber.com xəbər verir ki, bu barədə məlumatı Anadolu Agentliyinə yerli mənbələr verib. Xəbərdə bildirilir ki, hazırda sözügedən rayonda qızğın döyüş gedir. PYD-lilər eyni zamanda Tel-Rifatın yaxınlığındakı Kafr Nay və Şeyx Hilal kəndlərini nəzarətinə alıb.
Eyni zamanda Əsəd ordusu isə Tel-Rıfatın cənubunda Miskan kəndini ələ keçirib. Bu kəndin son günlər Rus aviasiyası tərəfindən intensiv şəkildə bombalandığı xəbər verilir.