Bu gün Xəzərin Sumqayıt sahilində hələlik adı açıqlanmayan bir nəfər dənizdə batıb. Baki-xeber.com bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən məlumat əldə edib.
Məlumatda bildirilir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri həmin şəxsin axtarışına başlayıb. Mərkəzdən əlavə məlumatın veriləcəyi də xəbər verilir.