şənbə günü, 13 iyun 2026
     

Prezident yanında Apellyasiya Şurasına sahibkar şikayətləri durmadan artmağa başlayıb

Image


Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Apellyasiya Şuraları yaradılıb və onların Əsasnaməsi təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev AZƏRTAC-a müsahibəsində yeni qurumların yaradılması və fəaliyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. Müsahibəni təqdim edirik.

- Eldar müəllim, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması zərurəti nədən irəli gəlib? Şuranın fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verməyinizi xahiş edirik.

- Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilmiş Əsasnamədə Apellyasiya Şurasının mahiyyəti, vəzifə və hüquqları, fəaliyyətinin təşkili, iclaslarının keçirilməsi qaydası, digər məsələlər kifayət qədər dolğun və ətraflı təsbit edilib. Bununla belə, geniş ictimaiyyətə, xüsusən sahibkarlara izah edilməsinə ehtiyac duyulan bəzi məqamlar üzərində dayanmaq istərdim.

Respublikada ilk dəfə yaradılan Apellyasiya Şurası ölkə başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb.

Bu qurumun yaradılması iqtisadi islahatlar sahəsində uğurla həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Fərmanın məzmunundan göründüyü kimi, Şuraya çox vacib funksiyaların yerinə yetirilməsi, iş adamlarının fəaliyyətinə mane olan, onların işini əngəlləyən amillərin aradan qaldırılması, şikayətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, əsaslı müraciətlərin təmin edilməsi, korrupsiya, sui-istifadə, digər neqativ hallar müəyyən edildikdə tədbir görülməsi üçün prokurorluq orqanlarına müraciət edilməsi həvalə olunub.

Həmin funksiyaların icrası ölkədə sistemli şəkildə həyata keçirilən iqtisadi islahatların, aparılan antikorrupsiya siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, sahibkarlıq sahəsində ciddi qayda yaradılmasına, sivil biznes mühitinin formalaşmasına, qanun pozuntularının, mənfi təzahürlərin aradan qaldırılmasına, sahibkarlığın və iqtisadiyyatın davamlı inkişafına öz töhfəsini verəcək.

Şura sahibkarlıq sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərlə dövlət qurumları, daha dəqiq desək, sahibkarlarla mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında yaranmış mübahisələrin səlahiyyətləri çərçivəsində tam, hərtərəfli və obyektiv araşdırılmasını, qanuni və ədalətli qərarların qəbul olunmasını təmin edən kollegial orqandır.

Apellyasiya Şurasının yaradılması özəl sektorda çalışan iş adamlarının hüquqlarının müdafiəsinə, geniş mənada ölkədə sahibkarlığın inkişafına əlavə təminatdır. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin icra strukturlarına etdikləri şikayətlərə baxılmadıqda və ya qəbul edilmiş qərarlar mübahisə doğurduqda onlar birbaşa mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına, onların qərarından narazı qaldıqları təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət vermək imkanı əldə ediblər.

Maraqlı və vacib məqamlardan biri ondan ibarətdir ki, sahibkar Şuraya müraciət etdiyi gündən mübahisənin həlli prosesində iştirak imkanı qazanacaq. Bu mexanizm, öz növbəsində, şikayətlərə və qaldırılan məsələlərə aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında baxılmasına, sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına, korrupsiya və sui-istifadə hallarına qarşı daha səmərəli mübarizə aparılmasına, fəaliyyət prosesində yaranan problemlərin operativ və obyektiv həllinə, sahibkarların normal işləməsinə, onların dövlətə inamının artmasına imkan yaradacaq.

- Prezident yanında Apellyasiya Şurasının fəaliyyətə başlaması üçün hazırda hansı addımlar atılır?

- Vaxt gözləmir. Biz Azərbaycan Prezidentinin tapşırıqlarının qısa müddət ərzində yerinə yetirilməsi üçün təşkilati-texniki tədbirlərin görülməsi, Şuranın maddi-texniki bazasının yaradılması, informasiya təminatının, internet saytının formalaşdırılması, bununla da Şuranın fəaliyyətə hazır vəziyyətə gətirilməsi işlərinə Fərmanın dərc olunduğu gündən başlamışıq. Apellyasiya Şurasının fəaliyyət istiqamətlərinin müəyyən olunması üçün onun üzvlərinin iştirakı ilə bir neçə müşavirə keçirilib, qarşıda duran vəzifələr ətraflı müzakirə edilib. İşlərin sistemli şəkildə aparılması məqsədilə Tədbirlər Planı təsdiq olunub, tapşırıqların icra müddəti, məsul şəxslər müəyyənləşdirilib.

Artıq nəticələr də var. Katibliyin rəhbəri və üzvləri müəyyən edilib, Şuranın normal fəaliyyət göstərməsi üçün müasir tələblərə cavab verən, texniki avadanlıqlarla təchiz olunan iclas zalı, xidməti otaqlar ayrılıb, şikayətlərin uçotu və elektron qeydiyyatı sistemi qurulub, Şuraya daxil olan şikayətlərə baxılması prosedurlarını tənzimləyən Təlimat təsdiq edilib, Şuranın möhürü, blankı, sənədlərin nümunələri hazırlanıb, digər tədbirlər həyata keçirilib. Şuranın fəaliyyətə başlaması üçün zəruri olan işlər yekunlaşmaq üzrədir.

- Mərkəzi və yerli icra strukturları yanında şuraların yaradılması prosesi necə gedir?

- Biz yerli və mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya şuralarının yaradılması istiqamətində də işlərimizi davam etdiririk. Bu məqsədlə Fərman dərc olunandan dərhal sonra bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına rəsmi məktublar göndərilib, Şura üzvlərinin və katibliyinin tərkibinin təsdiq edilməsi, Şuranın qısa müddətdə şikayətlərə baxılmasına hazır vəziyyətə gətirilməsi tapşırılıb. Bir çox mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuraları artıq yaradılıb.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuraları arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsinə dair Metodiki Təlimat hazırlanıb. Yaxın günlərdə Apellyasıya şuralarında işin təşkili və fəaliyyəti ilə bağlı müşavirənin keçirilməsi planlaşdırılır.

Qeyd etdiyim kimi, bu istiqamətdə işlər hazırda davam etdirilir və qısa zamanda şuraların fəaliyyətə başlaması üçün bütün zəruri məsələlər öz həllini tapacaq.

- Apellyasiya şuralarına kimlər müraciət edə bilər? Bizdə olan məlumata görə, şikayətlər artıq daxil olmaqdadır.

- Qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarından, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalara dair müraciətlər istisna olmaqla) tam və ya qismən narazı olduqları halda müvafiq Apellyasiya şuralarına təkrar şikayət edə bilərlər.

Prezident yanında Apellyasiya Şurasına isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının qəbul etdiyi qərarından, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən narazı olan sahıbkarlar qanunvericiliyin tələblərinə əməl etməklə şikayət verə bilərlər. Bir vacib məsələni təkrar vurğulamaq istəyirəm, şikayətlərin verilməsi və baxılması qanunvericiliyin tələbləri ciddi gözlənilməklə həyata keçirilməlidir.

Həqiqətən də Prezident yanında Apellyasiya Şurasına son bir neçə gün ərzində ayrı-ayrı orqanların qəbul etdiyi qərarlardan müxtəlif məzmunda xeyli şikayət daxil olub və onların sayı günbəgün artmaqdadır. Proqnozlara əsasən artım dinamikası bundan sonra da davam edəcək.

Şikayətlərin sayının azaldılması və lüzumsuz artmasının qarşısının alınması üçün ilk növbədə yerli və mərkəzi icra hakimiyyətləri zəruri tədbirlər görməli, sahibkarların müraciətlərinə məsuliyyətlə yanaşmalı, şikayətlərinə vaxtında və düzgün baxmalı, qanuni tələb və xahişləri təmin etməli, bürokratik amilləri, süründürməçilik hallarını, nöqsan və çatışmazlıqları aradan qaldırmalıdırlar.

Sahibkarlar da şikayət verilməsinə məsuliyyətlə yanaşmalı, hüquq və vəzifələrini yaxşı bilməli, qanunvericiliyin müddəalarına ciddi əməl etməli, əsassız iddialar irəli sürməməli, lüzumsuz şikayətlər verməkdən çəkinməlidirlər.

Eyni zamanda, Apellyasiya şuraları sahibkarların şikayətlərinə vaxtında, obyektiv baxmalı, qanuni qərarlar qəbul etməlidirlər.

Hazırda Şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, sahibkarlar qanunvericiliyin müddəalarını kifayət qədər düzgün təfsir etmir, icrası zəruri olan tələbləri, prosedur qaydaları pozurlar. Bu hal son nəticədə şikayətlərə baxılmasından imtinaya, baxılmamış saxlanmasına, mübahisənin həllini tapmamasına, şikayətin aidiyyəti üzrə göndərilməsinə, onların sayının süni artmasına gətirib çıxarır, vaxt itkisinə, əlavə iş yükünə, məsrəflərə səbəb olur.

Əvvəla onu deyim ki, Apellyasiya şuralarına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Göründüyü kimi, bütün hallarda bu üç şərt gözlənilməlidir. Bundan əlavə, sahibkarlar şikayətin verilməsinin prosedur qaydalarına, şikayətin forma və məzmununa, digər tələblərə əməl etməlidirlər. Əks təqdirdə, qanunvericiliyə müvafiq olaraq, onların şikayətlərini həll etmək imkan xaricində olacaq.

- Mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının fəaliyyəti və səlahiyyətləri barədə nə deyə bilərsiniz?

- Mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının fəaliyyəti barədə geniş danışmaq hələ tezdir, amma səlahiyyətləri barədə qısa məlumat vermək yerinə düşərdi.

Həmin şuralar öz səlahiyyətləri daxilində müvafiq orqanlara sorğular göndərmək, zəruri sənədlər əldə etmək, icra orqanlarının tabeliyində olan qurumların vəzifəli şəxslərini iclaslara dəvət etmək, izahatlar almaq, mövcud problemlərin həlli istiqamətində yazılı göstərişlər vermək, icra strukturlarında, tabe qurumlarda xidməti fəaliyyətlə bağlı kobud nöqsanlara, hüquq pozuntularına yol verildiyi halda, həmin şəxslərin barəsində tədbir görülməsi təklifi ilə hüquq mühafizə orqanlarına müraciət etmək səlahiyyətinə malikdirlər. Bu təsir mexanizmi mərkəzi və yerli icra hakimiyyəti orqanlarını daha məsuliyyətli olmağa, sahibkarların şikayətlərinə qayğı ilə yanaşmağa, əsaslı şikayətlərini tez bir zamanda həll etməyə sövq edəcək.

Ən çox müzakirə olunan mövzulardan biri də şuraların tərkibinin formalaşdırılması ilə bağlıdır. Düşünürəm ki, şuraların tərkibinə öz işini mükəmməl bilən, şəxsi keyfiyyətləri və peşəkarlığı ilə seçilən, obyektiv, ədalətli, qərəzsiz mövqe tutan, xidməti vəzifələrini vicdanla yerinə yetirən, məsuliyyətini dərk edən şəxslər daxil ediləcək.

- Prezident yanında Apellyasiya Şurası mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarına nə kimi kömək göstərir və bu qurumlar arasında münasibətlər necə tənzimlənəcək?

- Prezident yanında Apellyasiya Şurası yerlərdə yaradılmış şuralara hərtərəfli təşkilati və hüquqi yardım göstərməkdədir. Bu kömək əsasən qarşılıqlı fəaliyyət göstərilməsini, ümumi bazanın - elektron informasiya təminatı sisteminin təşkilini, maarifləndirmə işlərinin aparılmasını, hər hansı bir məsələnin həllinə təşkilati dəstək verilməsini nəzərdə tutur.

Bu, öz növbəsində, şuralarda işlərin yüksək tələblər səviyyəsində qurulmasına və işgüzar əməkdaşlığa imkan yaradacaq. Apellyasiya şuraları ölkəmizdə ilk dəfə yaradıldığından təşkilati məsələlərin xeyli hissəsi iş qaydasında, müvafiq tövsiyələr və təkliflər verilməklə, fikir mübadiləsi aparılmaqla həll edilir və biz bu sahədə köməyimizi əsirgəmirik.

Qeyd edim ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuralar qərarların qəbul olunmasında tam müstəqildir. Qərar qəbul edilərkən onlar işin hallarına, toplanmış təsdiqedici sənədlərə əsaslanmalı, qanunvericiliyin tələblərini, ədaləti rəhbər tutmalıdırlar. Bu qurumların fəaliyyətinə müdaxilə, təsir, qeyri-prosessual münasibətlər yolverilməzdir və belə hallara göstərilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq.

Çoxpilləli sistemin tətbiqi şikayətlər üzrə hər bir araşdırmaya, qəbul edilən hər bir qərara obyektiv, şəffaf, qərəzsiz yanaşma məsuliyyəti yaradır. Qeyd etdiyim kimi, əgər sahibkar verilmiş qərardan narazı qalarsa, qanunvericiliyin tələblərinə əməl etməklə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müraciət edə bilər. Əgər Şura mərkəzi və yerli icra hakimiyyətinin Apellyasiya Şurasının şikayətə qeyri-obyektiv, qərəzli baxdığını, qanunvericiliyin tələbini pozduğunu, açıq-aşkar əsassız qərar çıxardığını müəyyən edərsə, bu, hüquqi nəticələr yaradacaq, qərarı qəbul edən şəxslərin barəsində müvafiq tədbirlər görülməsi mexanizminin işə düşməsinə hüquqi əsas olacaq.

Ölkə başçısının imzaladığı fərmanlar hazırda bütün dünyanı bürümüş dərin iqtisadi böhran şəraitində respublikamızda sahibkarlığın dinamik inkişafında, yeni müəssisələrin və iş yerlərinin açılmasında son dərəcə aktual əhəmiyyət kəsb edir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Prezidentinin tapşırıqları mütləq qaydada, qüsursuz və şərtsiz yerinə yetirilməlidir.

Fərmanda sahibkarlarla icra strukturları arasında mübahisəli məqamların operativ və obyektiv araşdırılması, sahibkarlıq fəaliyyətinə əngəl törədən amillərin, qanunsuzluq və özbaşınalıqların, bürokratik süründürməçilik hallarının, əsassız müdaxilə və tələblərin qarşısının qəti şəkildə alınması, onlara son qoyulması üçün bütün zəruri mexanizmlər nəzərdə tutulub və zərurət yarandıqda onlardan yetərincə istifadə ediləcək.

Onu da bildirməyi zəruri hesab edirəm ki, şuraların işinə nəzarət Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olacaq. Belə ki, biz görülən işlər və bu sahədəki vəziyyətlə bağlı dövlət başçısına ildə iki dəfə hesabat təqdim edəcəyik.

Müsahibənin sonunda oxuculara, bütün sahibkarlara onu da bildirmək istəyirəm ki, Şura təsirli nəzarət mexanizmi kimi çevik fəaliyyət göstərən işlək qurum olacaq, Prezident İlham Əliyevin qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirəcək, sahibkarların əsaslı şikayətlərini, yaranan problemləri qısa müddətdə, onlar üçün asan yolla həll edəcək.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

13.06.2026 / 19:47
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi…

13.06.2026 / 19:25
ABŞ-İran sülh sazişi Trampın 80 illik yubileyində imzalana bilər - Britaniya mediasından ŞOK İDDİA...

13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə

13.06.2026 / 18:57
İrandan ABŞ-la imzalanacaq sazişilə bağlı yeni açıqlama – Tehranın bloklanmış milyardları necə qaytarılacaq? – DETALLAR ortaya çıxdı...

13.06.2026 / 17:45
Azərbaycanla ABŞ TRIPP-in icrasını müzakirə etdi

13.06.2026 / 16:15
Putindən Qərbə növbəti xəbərdarlıq - heç vaxt buna cəhd etməyin...

13.06.2026 / 15:57
Şahbaz Şərif dünyanın gözlədiyi xəbəri elan etdi - ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər

13.06.2026 / 15:32
ABŞ ordusunun İranda uranı ələ keçirmək planı... Tramp əməliyyatı son anda dayandırdı, İranın “intihar tələsi” ortaya çıxdı...

13.06.2026 / 13:37
Bakıda restoranın dolabından beş min dollar oğurlandı

13.06.2026 / 13:24
Putinin nümayəndəsi Baydenin oğlunu ailənin Ukraynadakı “qaranlıq işlərini” açıqlamağa çağırdı...

13.06.2026 / 13:20
Əli Əsədov Ünal Üstel ilə görüşüb

13.06.2026 / 12:50
Ağdamda 33 il sonra “Son zəng” çalındı

13.06.2026 / 11:55
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb

13.06.2026 / 11:35
Şuşada TDT ölkələrinin Rəqabət Forumu keçirildi

13.06.2026 / 10:12
Emin Əmrullayev məzunları təbrik etdi

13.06.2026 / 09:29
Tramp ABŞ-İran sülh razılaması ilə bağlı konkret tarixi açıqladı - saziş Cenevrə və ya Vyanada imzalana bilər...

13.06.2026 / 08:45
Hindistan ABŞ-a nota verdi...

12.06.2026 / 22:49
ABŞ-İran sülh sazişinin razılaşdırılmış yekun mətni hazırdır - Pakistan bütün dünyaya elan etdi...

12.06.2026 / 22:12
Fransa mediası Azərbaycana qarşı çirkin kampaniyaya başladı - MEDİA-dan sərt açıqlama...

12.06.2026 / 22:03
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

12.06.2026 / 21:56
Paşinyan Zəngəzur dəhlizində neft-qaz kəmərini şübhə altına aldı...

12.06.2026 / 21:12
Paşinyan KTMT-dən çıxmaqla bağlı daha bir bəyanat verdi...

12.06.2026 / 21:03
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

12.06.2026 / 20:47
Belə də kənd həyatı olar? - cəmi 19 faiz... Kəndlərimiz simasını itirir...

12.06.2026 / 20:22
Xəzərdə 22 yaşlı gənc 13 kq marixuan ilə tutuldu

12.06.2026 / 20:15
Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı... Neçə dəfə olar?!

12.06.2026 / 19:46
Dövlət proqramı Prezidentin tənqid etdiyi problemlərin həllinə yol açır...

12.06.2026 / 19:34
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

12.06.2026 / 18:12
Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

12.06.2026 / 18:10
1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...

12.06.2026 / 17:43
Trampın qızı və kürəkəni Kuşnerə görə Albaniyanı "Flaminqo inqilabı" bürüdü...

12.06.2026 / 17:43
Müxalifətin xalqı Paşinyana qarşı səfərbər etmək cəhdləri iflasa uğrayır...

12.06.2026 / 17:30
Bakıda dəyişkən iş rejiminin "antitıxac effekti" yetərincə inandırıcı görünmədi...

12.06.2026 / 17:20
Rusiya Ermənistan məhsullarına qadağaları genişləndirdi - siyasi gərginlik artır...

12.06.2026 / 17:18
"Yeni Şafak"dan şok xəbər - Türkiyə iki istiqamətdə Ermənistanla sərhədi açır, ticarət 1 milyard dollara çatacaq...

12.06.2026 / 17:14
Prezident Əliyev tənqid etdi, ardınca proses başladı...

12.06.2026 / 16:59
Taksilərdə gediş bahalaşır, amma qazanan sürücülər yox, xarici şirkətlərdir...

12.06.2026 / 16:49
"Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur" - Emin Hüseynov

12.06.2026 / 16:39
Merts qəti şərt qoydu - Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...

12.06.2026 / 16:33
Region müşavirələri aqrar bölmədə yeni mərhələ başlada bilər...

12.06.2026 / 16:30
Nazirlik və Agentliklərdə müşavir postlarını bu qədər şişirtmək büdcəyə izafi basqı yaradır...

12.06.2026 / 16:18
ABŞ və İran tarixi razılaşmanın bir addımlığında - dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...

12.06.2026 / 15:49
Epşteyn işi çərçivəsində Konqresin sorğu-sualı Tramp ailəsinə çatır...

12.06.2026 / 15:29
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olundu

12.06.2026 / 15:22
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - YENİLƏNİB

12.06.2026 / 15:17
Deputat sosial şəbəkələrdə saxta ekspertlərlə bağlı təklif irəli sürdü

12.06.2026 / 15:00
“...Ənənəvi memarlıq ilə futuristik şəhərsalma prinsipləri unikal şəkildə vəhdət təşkil edir” - Rizvan Qarabağlı

12.06.2026 / 14:31
Uşaqlarımızın əxlaqına ən çox təcavüz edən sosial şəbəkələr...

12.06.2026 / 13:42
Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib

12.06.2026 / 13:35
Göygöldə yeni Dövlət Proqramının müzakirəsinə dair müşavirə keçirildi - YENİLƏNDİ

12.06.2026 / 13:20
Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...

12.06.2026 / 12:58
QHT və özəl sektor arasında yeni tərəfdaşlıq təşəbbüsü başlayır

12.06.2026 / 12:33
Prezidentin köməkçisi 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəflərini açıqladı...

12.06.2026 / 12:17
Avropada faşist düşərgələri, Qarabağda erməni həbs-işgəncə “düşərgələri”...

12.06.2026 / 11:53
"2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur" - Nazir müavini

12.06.2026 / 11:34
"Xüsusi icra məmurları başqa peşə fəaliyyəti ilə məşğul ola bilməz" - Ədliyyə rəsmisi

12.06.2026 / 11:16
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

12.06.2026 / 11:11
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanladı

12.06.2026 / 11:09
Prezident İlham Əliyev Putini təbrik etdi

12.06.2026 / 10:59
Yüksək vəzifəli şəxs SAXLANILDI - Gömrükdə ƏMƏLİYYAT

12.06.2026 / 10:49
Ağdaşda avtomobili ildırım vurdu...

12.06.2026 / 10:40
DYP “Son zəng” ilə bağlı məzunlara və valideynlərə müraciət etdi - bunlardan uzaq olun...

12.06.2026 / 10:32
"2015-2025-ci illərdə istifadə olunmayan 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb" - Prezidentin köməkçisi

12.06.2026 / 10:19
ƏHLİMAN ƏMİRASLANOV – MƏRHƏMƏTİN ELMƏ, ELMİN DÖVLƏTÇİLİYƏ ÇEVRİLDİYİ ÖMÜR

12.06.2026 / 10:04
“Son zəng”lə bağlı sürücülərə xəbərdarlıq edildi...

12.06.2026 / 09:46
Azərbaycan Rusiyanı təbrik etdi

12.06.2026 / 09:29
Goranboyda marketdə MASKALI SOYĞUN...

12.06.2026 / 09:20
Aqrar sahədə yeni Dövlət Proqramı üzrə regional müşavirələrə start verilir

11.06.2026 / 23:51
Tramp İranla razılaşma əldə edildiyini bəyan etdi – saziş Avropada imzalana bilər...

11.06.2026 / 23:06
Qadınların milliləşdirilməsi siyasətinin tərkib hissəsi

11.06.2026 / 22:40
Vüsal Tahirovun adının və soyadının leksik mənası və izahı

11.06.2026 / 21:20
Ermənistan hakimiyyəti konstitusiya dəyişikliyini aşkarca uzadır - nazir özünü təkzib etdi...

11.06.2026 / 20:28
Paşinyan Gümrü bələdiyyə rəhbərliyini “dama basdı” - üstəlik ultimatum verdi... tezliklə...

11.06.2026 / 20:01
Kreml İrəvandan "KTMT-də qalıb-qalmamağın" tezliklə həllini tələb etdi...

11.06.2026 / 19:33
İran-ABŞ danışıqları 12 milyarda görə dalana dirəndi...

11.06.2026 / 19:16
Aysel Əlizadənin “Xoşbəxtlik haqqında” kitabı çap olunub

11.06.2026 / 18:46
Neft 60 dollar bahalaşdı, ÜDM artmadı - niyə?...

11.06.2026 / 18:23
Paşinyan Bakı-Tiflis-Qarsa alternativ yaradır - 1 milyard dollar lazım olacaq...

11.06.2026 / 18:12
Paşinyan Putindən seçki təbriki və dəvət gözləyir - bundan imtina etməyəcəyəm...

11.06.2026 / 17:45
Tramp İrana "çox ağır zərbə"nin anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

11.06.2026 / 17:30
Əli Əsədov iclas keçirdi, yeni qərar qəbul edildi

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ