RF Baş naziri Dmitri Medvedev Avropa İttifaqını, özündə cəsarət taparaq, Rusiya üzərindəki sanksiyalardan geri çəkilməyə çağırıb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Euronews” xəbər yayıb. "Bütün cəsarətini toplayaraq demək lazımdır: uşaqlar, biz filan tarixdə buna son qoyuruq və sizi də cavab tədbirlərinə dəvət edirik. Bax bu ən düzgün yoldur” – deyən Baş nazir onu da bildirib ki, Rusiya bu istiqamətdə ilk addımı özü atmaq niyyətində deyil. "Bunu biz başlamadıq və biz də bitirməli deyilik. Sadəcə, bizi sanksiyalarla qorxutmaq istədilər. Sovet dövründə də belə sanksiyalar çox olub, lakin heç bir nəticə verməyib, yalnız boşuna pul itkisinə səbəb olub. Hazırda da belədir”.
Medvedev sözlərinə sübut kimi rəqəmlər də göstərib. Bildirib ki, sanksiyalara qədər Avropa İttifaqı ilə Rusiya arasında ticari dövriyyə 450 milyard avro təşkil edirdi, indi bu rəqəm 217-dir.