Türkiyə Baş Qərargahı Şırnak rayonunun Cizrə ilçəsində təhlükəsizlik qüvvələrinə evlərdən atəş açılması səbəbindən atışma çıxdığı barədə xəbər açıqlayıb.
Baki-xeber.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə qurumun saytında xəbər yerləşdirilib. Xəbərdə atışma nəticəsində 6 PKK üzvünün, digər bir binada isə 3-ünün zərərsizləşdirildiyi, 2 nəfərin isə sağ ələ keçirildiyi bildirilir. Ümumilikdə isə atışmanın ardından 31 nəfər terroristin cəsədinin aşkarlandığı xəbər verilir.