Hakkaridə düzənlənən əməliyyat nəticəsində terrorçu qadın yaxalanıb.
Baki-xeber.com-un "Vatan” qəzetinə istinadən xəbərinə görə, bu barədə Hakkari Valiliyi xəbər yayıb.
Xəbərə görə, PKK fəaliyyətinin deşifrə edilməsilə izinə düşülən qadın terroristin növbəti planı əngəllənib və o, göz altına alınıb. Xəbərdə o da bildirilir ki, həmin qadın PKK-ya 2011-ci ildə qoşulub. Hazırda onun bu illər ərzində terror örgütünün törətdiyi hansı əməliyyatlarda yer aldığı araşdırılır.