Bu gün Moskvanın 3 iri ticarət mərkəzində həyəcanlı anlar yaşanıb.
Baki-xeber.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, paytaxtın hüquq-mühafizə orqanları iri ticarət mərkəzləri olan "Afimoll Siti”, "Atrium” və "Meqa Belaya Daça”da partlayış törədiləcəyi barədə informasiya alıb. Dərhal sözügedən hər üç ticarət mərkəzindən insanlar evakuasiya olunub və müvafiq axtarışlar aparılıb, lakin heç bir şübhəli əşya aşkar edilməyib.
Xəbərə görə, hazırda dezinformasiyanın mənbəyi araşdırılır.