Fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçumuz, kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub. Baki-xeber.com bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Vətən sağ olsun...