Dünən Münhen səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru Yevgeni Kasperski ilə görüşü olub. Baki-xeber.com bu barədə Prezidentin rəsmi internet səhifəsinə istinadən xəbər verir.
Görüşdə "Kaspersky Lab” şirkətinin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunaraq, əlaqələrin daha da genişləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib.
Görüşdə, eyni zamanda, kibercinayətkarlığa qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.