Bakı-Qazax şosesinin 479–cu kilometrliyində nəqliyyat qəzası baş verib.
Baki-xeber.com-un Hövqəladə Hallar nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, sözügedən ərazidə "VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə cırpılıb. Nəticədə avtomobilin sürücüsü E.Bəyimov və sərnişinlərdən biri Ş.Əhmədov dünyasını dəyişib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəbərə görə, FHN-in yanğınsöndürən-xilasediciləri avtomobilin sahibinin və sərnişinin meyitini xüsusi vasitələrlə çıxararaq aidiyyəti üzrə təhvil verib, yaralı sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.