şənbə günü, 13 iyun 2026
     

İlham Əliyev Münhendə postneft çətinliklərini yaşayan bütün ölkələr üçün əhəmiyyətli mülahizələr səsləndirdi

Image


Prezident "dəyirmi masa" iştirakçılarına hansı maraqlı etiraflar etdi?
Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi" mövzusunda "dəyirmi masa"da iştirak edib.
"Dəyirmi masa"nın aparıcısı, "The New York Times" qəzetinin baş müxbiri Deyvid Sanger tədbirdə neftin qiymətinin səviyyəsi və bunun istehsalçı ölkələrə nə dərəcədə təsir etməsi ilə bağlı müzakirələrin aparılacağını bildirib. O qeyd edib ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və müxtəlif ölkələrdən olan qonaqlar iştirak edirlər. Onlar neft bazarında indiki vəziyyət və perspektivlərlə bağlı öz mövqelərini bildirəcək.
Sonra tədbirin aparıcısı Prezident İlham Əliyevə sualla müraciət edərək deyib: "Sizin regionun iqtisadiyyatı neftdən əhəmiyyətli dərəcədə asılıdır. Son 10-15 il ərzində Rusiyadan başlayaraq, digər ölkələr də nəzərə alınmaqla, bütün regionun iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı bir neçə çağırış edilib. Sualım isə ondan ibarətdir ki, neftin qiyməti bu səviyyədə müəyyən müddət ərzində qalarsa, Sizcə, bunun siyasi təsirləri nədən ibarət olacaq?".
Prezident İlham Əliyev deyib: "Çox sağ olun, siz tamamilə doğru buyurursunuz. Regionumuzun ölkələri neft istehsalçılarıdır. Azərbaycana gəlincə, müstəqil ölkə kimi bizim üçün neft sektorunun inkişafı və neft-qaz sahəsinə sərmayənin yatırılması müstəqilliyimizin ilk illərində çox böyük əhəmiyyət daşıyırdı. Çünki Azərbaycan müstəqilliyini əldə etdiyi vaxt iqtisadiyyatımız, demək olar ki, durğunluq, iqtisadi və maliyyə böhranı səbəbindən tamamilə məhv edilmişdi. Buna görə də Azərbaycanın neft və qaz sektoruna əsas neft şirkətlərinin sərmayə yatırmağa dəvət edilməsi bizim üçün təkcə investisiyaların cəlb olunması mənasını daşımırdı. Bizim üçün bu, müstəqilliyimizin gücləndirilməsi və ölkəmizin müvəffəqiyyət qazanmasının yollarının tapılması mənasını daşıyırdı. O vaxtdan bəri iyirmi il ötüb və biz nəinki neft-qaz sahəsinə böyük investisiyaları cəlb etməyi və önəmli neft və tezliklə təbii qaz istehsalçısına və ixracatçısına çevrilməyi bacardıq, eyni zamanda, neft-qaz sahəsindən əldə etdiyimiz gəlirləri əsasən qeyri-neft sektoruna, xüsusilə infrastruktura yatıra bildik. Buna görə də bizim neft amilindən asılılığımız ötən 5-10 il ərzində əhəmiyyətli dərəcədə azalmışdır. Neft ümumdaxili məhsulumuzun yalnız 30 faizini təşkil edir. Biz eyni mənzərəni ixrac əməliyyatlarımızda görmək istəyirik. Hələ ki, buna nail ola bilməmişik. İxracımızın 90 faizini neft və qaz təşkil edir. Buna görə növbəti illər üçün vəzifə ixrac potensialımızı şaxələndirməkdir və bu məqamda biz əlbəttə ki, iqtisadi islahatların davam etdirilməsi, özəl sektor üçün daha da yaxşı şəraitin yaradılması, daha çox investisiyaların cəlb edilməsi və irimiqyaslı özəlləşdirmə proqramına başlanması zərurətinə gəlirik. Bütün bu elementlər dövlət siyasətimiz kimi artıq bəyan olunub və mən əminəm ki, biz uğur qazanacağıq. Sizin danışdığınız siyasi risqlərə gəlincə isə, bu, ölkələrdən asılı olan məsələdir.
Hər bir ölkənin özünəməxsus siyasi vəziyyəti və çətinlikləri var. Əlbəttə ki, iqtisadi vəziyyət və insanların gündəlik həyatı siyasi sabitlik və inkişafa təsir edir. Lakin hesab edirəm ki, neftin qiymətinin mütəmadi olaraq dəyişkən xarakter daşımasının dərk edilməsi ən vacib məqamdır. Biz neftin qiymətinin yüksək olduğu dövrdə yaşamışıq, indi isə neftin qiymətinin aşağı olduğu bir dövrdə yaşayırıq. Bizim üçün ən əhəmiyyətlisi isə neftin qiyməti yenidən yuxarı qalxdıqda bu islahatları davam etdirmək və bacardığımız qədər neft və qazdan asılılığımızı azaltmaqdır".
Deyvid Sanger bildirib: "Özəlləşdirmə proqramına doğru irəlilədiyiniz bir dövrdə belə bir addımın neftin 30 dollarla müqayisədə 100 dollara satılması zamanı atılması daha asan və cəlbedici deyildimi? Xahiş edirəm, bizə bunun investisiya maraqlarına təsir edib-etmədiyini və digər islahatları ləngidib-ləngitmədiyini söyləyin".
Prezident İlham Əliyev deyib: "Əslində, mən hesab edirəm ki, neftin qiyməti yüksək olduqda hökumət, əlbəttə ki, iqtisadiyyatın ən önəmli və cəlbedici sektorlarını öz əlində saxlamaq üçün əlindən gələni edəcək. Lakin neftin qiyməti 30 dollar olduqda hökumət genişmiqyaslı özəlləşdirmə proqramına başlamağa daha çox hazırdır. Buna görə də düşünürəm ki, xarici investorlar üçün neftin bugünkü qiyməti ilə bağlı olan vəziyyət ən cəlbedicidir.
Çünki bu gün aktivlərimizin özəlləşdirilməsi investorlardan daha çox bizim özümüzə lazımdır. Əlbəttə ki, biz bu sahədə bir balans tapmalıyıq ki, hökumət və investorlar da öz payını ala bilsinlər. Burada biz vacib olan iqtisadi islahatlara, biznes mühitinin yaxşılaşdırılmasına, özəlləşdirmə yolunun davam etdirilməsinə və neftdən asılılığın azalması məsələsinə gəlirik.
Səmimi desəm, biz indi yaşadığımız vəziyyəti neft hasilatının azalmağa başladığı bir dövrdə - ola bilsin, 15-20 il bundan sonra proqnozlaşdırmağa çalışırdıq. Biz bu dövrə hazır deyildik. Əslində biz postneft dövrünə 2030-cu ildən sonra hazırlaşmağı planlaşdırırdıq. Lakin bu yaxınlarda Nazirlər Kabinetinin iclasında söylədiyim kimi, neftdən sonrakı dövr artıq bizim üçün başlamışdır və bu, gözlənilməz idi. Səmimi söyləsəm, hesab edirəm ki, neftin qiymətinin dörd dəfə aşağı düşəcəyini heç kim təsəvvürünə gətirə bilməzdi. Biz hazır deyildik, heç kim hazır deyildi. Ona görə çox qısa vaxt çərçivəsində biz büdcənin necə tarazlaşdırılması, sosial proqramların necə davam etdirilməsi və hansı investisiya layihələrinə maliyyələşdirmənin dayandırılması yolunu tapmalı idik. Bu asan deyildi. Çünki biz 100 dollardan baha olan qiymətə öyrəşmişdik. Əlbəttə ki, bizim uzun illər üçün nəzərdə tutulmuş inkişaf planımız var idi. Bizim daha yüksək neft qiymətinə əsaslanan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyamız var idi. İndi isə neftin qiyməti aşağıdır".
Dövlət başçısının sözlərinə görə, beləliklə, bu real bir çağırış idi: "Lakin yenə də qeyd etmək istəyirəm ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi və infrastruktura sərmayə qoyuluşu siyasəti sayəsində, hesab edirəm ki, bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq".
 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

13.06.2026 / 20:21
İsraildən Trampa çağırış - Livan, Suriya və Qəzzadan çəkilməyəcəyik...

13.06.2026 / 20:11
Saxlanılan gömrükçülərin üçü buraxıldı - RƏİS MÜAVİNİ HƏBS EDİLDİ

13.06.2026 / 20:05
Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir

13.06.2026 / 19:47
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi…

13.06.2026 / 19:25
ABŞ-İran sülh sazişi Trampın 80 illik yubileyində imzalana bilər - Britaniya mediasından ŞOK İDDİA...

13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə

13.06.2026 / 18:57
İrandan ABŞ-la imzalanacaq sazişilə bağlı yeni açıqlama – Tehranın bloklanmış milyardları necə qaytarılacaq? – DETALLAR ortaya çıxdı...

13.06.2026 / 17:45
Azərbaycanla ABŞ TRIPP-in icrasını müzakirə etdi

13.06.2026 / 16:15
Putindən Qərbə növbəti xəbərdarlıq - heç vaxt buna cəhd etməyin...

13.06.2026 / 15:57
Şahbaz Şərif dünyanın gözlədiyi xəbəri elan etdi - ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər

13.06.2026 / 15:32
ABŞ ordusunun İranda uranı ələ keçirmək planı... Tramp əməliyyatı son anda dayandırdı, İranın “intihar tələsi” ortaya çıxdı...

13.06.2026 / 13:37
Bakıda restoranın dolabından beş min dollar oğurlandı

13.06.2026 / 13:24
Putinin nümayəndəsi Baydenin oğlunu ailənin Ukraynadakı “qaranlıq işlərini” açıqlamağa çağırdı...

13.06.2026 / 13:20
Əli Əsədov Ünal Üstel ilə görüşüb

13.06.2026 / 12:50
Ağdamda 33 il sonra “Son zəng” çalındı

13.06.2026 / 11:55
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb

13.06.2026 / 11:35
Şuşada TDT ölkələrinin Rəqabət Forumu keçirildi

13.06.2026 / 10:12
Emin Əmrullayev məzunları təbrik etdi

13.06.2026 / 09:29
Tramp ABŞ-İran sülh razılaması ilə bağlı konkret tarixi açıqladı - saziş Cenevrə və ya Vyanada imzalana bilər...

13.06.2026 / 08:45
Hindistan ABŞ-a nota verdi...

12.06.2026 / 22:49
ABŞ-İran sülh sazişinin razılaşdırılmış yekun mətni hazırdır - Pakistan bütün dünyaya elan etdi...

12.06.2026 / 22:12
Fransa mediası Azərbaycana qarşı çirkin kampaniyaya başladı - MEDİA-dan sərt açıqlama...

12.06.2026 / 22:03
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

12.06.2026 / 21:56
Paşinyan Zəngəzur dəhlizində neft-qaz kəmərini şübhə altına aldı...

12.06.2026 / 21:12
Paşinyan KTMT-dən çıxmaqla bağlı daha bir bəyanat verdi...

12.06.2026 / 21:03
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

12.06.2026 / 20:47
Belə də kənd həyatı olar? - cəmi 19 faiz... Kəndlərimiz simasını itirir...

12.06.2026 / 20:22
Xəzərdə 22 yaşlı gənc 13 kq marixuan ilə tutuldu

12.06.2026 / 20:15
Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı... Neçə dəfə olar?!

12.06.2026 / 19:46
Dövlət proqramı Prezidentin tənqid etdiyi problemlərin həllinə yol açır...

12.06.2026 / 19:34
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

12.06.2026 / 18:12
Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

12.06.2026 / 18:10
1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...

12.06.2026 / 17:43
Trampın qızı və kürəkəni Kuşnerə görə Albaniyanı "Flaminqo inqilabı" bürüdü...

12.06.2026 / 17:43
Müxalifətin xalqı Paşinyana qarşı səfərbər etmək cəhdləri iflasa uğrayır...

12.06.2026 / 17:30
Bakıda dəyişkən iş rejiminin "antitıxac effekti" yetərincə inandırıcı görünmədi...

12.06.2026 / 17:20
Rusiya Ermənistan məhsullarına qadağaları genişləndirdi - siyasi gərginlik artır...

12.06.2026 / 17:18
"Yeni Şafak"dan şok xəbər - Türkiyə iki istiqamətdə Ermənistanla sərhədi açır, ticarət 1 milyard dollara çatacaq...

12.06.2026 / 17:14
Prezident Əliyev tənqid etdi, ardınca proses başladı...

12.06.2026 / 16:59
Taksilərdə gediş bahalaşır, amma qazanan sürücülər yox, xarici şirkətlərdir...

12.06.2026 / 16:49
"Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur" - Emin Hüseynov

12.06.2026 / 16:39
Merts qəti şərt qoydu - Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...

12.06.2026 / 16:33
Region müşavirələri aqrar bölmədə yeni mərhələ başlada bilər...

12.06.2026 / 16:30
Nazirlik və Agentliklərdə müşavir postlarını bu qədər şişirtmək büdcəyə izafi basqı yaradır...

12.06.2026 / 16:18
ABŞ və İran tarixi razılaşmanın bir addımlığında - dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...

12.06.2026 / 15:49
Epşteyn işi çərçivəsində Konqresin sorğu-sualı Tramp ailəsinə çatır...

12.06.2026 / 15:29
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olundu

12.06.2026 / 15:22
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - YENİLƏNİB

12.06.2026 / 15:17
Deputat sosial şəbəkələrdə saxta ekspertlərlə bağlı təklif irəli sürdü

12.06.2026 / 15:00
“...Ənənəvi memarlıq ilə futuristik şəhərsalma prinsipləri unikal şəkildə vəhdət təşkil edir” - Rizvan Qarabağlı

12.06.2026 / 14:31
Uşaqlarımızın əxlaqına ən çox təcavüz edən sosial şəbəkələr...

12.06.2026 / 13:42
Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib

12.06.2026 / 13:35
Göygöldə yeni Dövlət Proqramının müzakirəsinə dair müşavirə keçirildi - YENİLƏNDİ

12.06.2026 / 13:20
Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...

12.06.2026 / 12:58
QHT və özəl sektor arasında yeni tərəfdaşlıq təşəbbüsü başlayır

12.06.2026 / 12:33
Prezidentin köməkçisi 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəflərini açıqladı...

12.06.2026 / 12:17
Avropada faşist düşərgələri, Qarabağda erməni həbs-işgəncə “düşərgələri”...

12.06.2026 / 11:53
"2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur" - Nazir müavini

12.06.2026 / 11:34
"Xüsusi icra məmurları başqa peşə fəaliyyəti ilə məşğul ola bilməz" - Ədliyyə rəsmisi

12.06.2026 / 11:16
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

12.06.2026 / 11:11
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanladı

12.06.2026 / 11:09
Prezident İlham Əliyev Putini təbrik etdi

12.06.2026 / 10:59
Yüksək vəzifəli şəxs SAXLANILDI - Gömrükdə ƏMƏLİYYAT

12.06.2026 / 10:49
Ağdaşda avtomobili ildırım vurdu...

12.06.2026 / 10:40
DYP “Son zəng” ilə bağlı məzunlara və valideynlərə müraciət etdi - bunlardan uzaq olun...

12.06.2026 / 10:32
"2015-2025-ci illərdə istifadə olunmayan 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb" - Prezidentin köməkçisi

12.06.2026 / 10:19
ƏHLİMAN ƏMİRASLANOV – MƏRHƏMƏTİN ELMƏ, ELMİN DÖVLƏTÇİLİYƏ ÇEVRİLDİYİ ÖMÜR

12.06.2026 / 10:04
“Son zəng”lə bağlı sürücülərə xəbərdarlıq edildi...

12.06.2026 / 09:46
Azərbaycan Rusiyanı təbrik etdi

12.06.2026 / 09:29
Goranboyda marketdə MASKALI SOYĞUN...

12.06.2026 / 09:20
Aqrar sahədə yeni Dövlət Proqramı üzrə regional müşavirələrə start verilir

11.06.2026 / 23:51
Tramp İranla razılaşma əldə edildiyini bəyan etdi – saziş Avropada imzalana bilər...

11.06.2026 / 23:06
Qadınların milliləşdirilməsi siyasətinin tərkib hissəsi

11.06.2026 / 22:40
Vüsal Tahirovun adının və soyadının leksik mənası və izahı

11.06.2026 / 21:20
Ermənistan hakimiyyəti konstitusiya dəyişikliyini aşkarca uzadır - nazir özünü təkzib etdi...

11.06.2026 / 20:28
Paşinyan Gümrü bələdiyyə rəhbərliyini “dama basdı” - üstəlik ultimatum verdi... tezliklə...

11.06.2026 / 20:01
Kreml İrəvandan "KTMT-də qalıb-qalmamağın" tezliklə həllini tələb etdi...

11.06.2026 / 19:33
İran-ABŞ danışıqları 12 milyarda görə dalana dirəndi...

11.06.2026 / 19:16
Aysel Əlizadənin “Xoşbəxtlik haqqında” kitabı çap olunub

11.06.2026 / 18:46
Neft 60 dollar bahalaşdı, ÜDM artmadı - niyə?...

11.06.2026 / 18:23
Paşinyan Bakı-Tiflis-Qarsa alternativ yaradır - 1 milyard dollar lazım olacaq...

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ