Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen dərhal Hələbdə əhalinin humanitar yardıma əlçatanlığının təmin olunmasına və atəşkəs elan olunmasına çağırıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, konfranda açılış nitqilə çıxış edən müdafiə naziri Suriyaya Beynəlxalq dəstək qrupunun işini də qiymətləndirib və verilən qərarların icrasına səsləyib. "Dünən qəbul olunan qərar bizə ümid verir. Biz hamımız görüşdə danışılanlardan xəbərdarıq. Təcili şəkildə Hələbdə insanların humanitar yardıma əlçatanlığı təmin olunmalı və atəşkəs elan olunmalıdır” – o deyib. Alman nazir deyib ki, Hələbdə baş verənlərə dünya seyrçi qalmamalıdır. O, qaçqınlarla bağlı məsələnin həllində Türkiyənin roluna da toxunub, bildirib ki, NATO Egey dənizində qanunsuz miqrasiya ilə mübarizədə Türkiyənin yanında olacaq.