2015-ci ildə Finlandiyaya pənah gətirən minlərlə iraqlı miqrant müraciət etdiyi qaçqın statusundan imtina edərək "evə dönməyə” qərar verib. Bakixeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Reuters” xəbər yayıb.
Xəbərdə deyilir ki, artıq sığınacaq üçün müraciət etmiş 5 min miqrantdan 4 mini ərizəsini geri götürüb. "Mənim balaca oğlum xəstədir və mən təcili evə dönməliyəm”- deyə Əl-Səidi Hüseyn turizm agentliyindən Bağdada dönüş üçün bilet alarkən bildirib. Agentliyin Somali əsilli sahibi Mühiddin Həsən deyib ki, hər gün bu şəhərə 15-20min arası bilet satır.
"Reuters” onu da bildirir ki, İraqdan gələn miqrantların 80 faizi evinə qayıtmaq niyyətindədir və bunu onların hər biri könüllü edir.