Böyük Britaniyanın məşhur "Independent" qəzeti martın 26-dan çap versiyasının buraxılışını tamamilə dayandırır. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bundan sonra nəşr yalnız rəqəmsal versiyada fəaliyyət göstərəcək.
"Frans Press” yazır ki, qəzetin "ESI Media" şirkətindən olan rəhbərliyi bu qərarını tirajın azalması ilə izah edir. "Independent"in sahibi Yevgeni Lebedev isə deyib ki, mətbuat industriyası sürətlə inkişaf edir və bunun səbəbkarı oxucuların özüdür: "Onlar bizə gələcəyin rəqəmsal formada olduğunu diqtə edir".
Britaniyanın "Independent" qəzeti 1986-cı ildən nəşr olunur.