Bu gün Azərbaycan Xalça Muzeyində "Kitabi-Dədə Qorqud: 12 boy-12 xalça” sərgisi təşkil olunmuşdu. Ölkənin tanınan elm və bilik simalarının toplandığı tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Fikrət Babayev, Əməkdar rəssam Aydın Rəcəbov, xalçaçı rəssam Məmmədhüseyn Hüseynov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev, AMEA-nın Folklor İnstitutunun əməkdaşı Əzizxan Tanrıverdi, Dədə Qorqud Milli Fondunun prezidenti Eldar İsmayılov şıxış edərək Azərbaycan xalçaçılıq sənətinin qədimliyindən danışdı, bunun "Dədə Qorqud” eposunun bir çox boylarında təsdiqini tapdığını faktlarla qonaqların diqqətinə çatdırdı.
Türkiyə Cumhuriyyəti Bakı Böyükelçiliyinin Mədəniyyət və turizm müşaviri Murad Karaçanta çıxış edərək tədbirin əhəmiyyətindən danışdı, istər bu mövzunun gündəmə gətirilməsi, istərsə də özünün tədbirə dəvət olunmasına görə Muzey rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirdi.
Tədbirdə, aşıq musiqisi ilə yanaşı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Əməkdar artist Munis Şərifovun rəhbərliyilə fəaliyyət göstərən qədim musiqi alətləri ansamblının çıxışı isə məclisin ruhuna uyğun ortam yaratmaqla tamaşaçılara xoş ovqat bəxş etdi.
Baki-xeber.com